Keçid linkləri

Təcili xəbərlər
2018, 24 İyun, bazar, Bakı vaxtı 18:55

Qazaxıstanda meningitdən 13 nəfər ölüb


Qazaxıstanda xəstəxana

Son bir neçə ayda Qazaxıstanın cənub rayonlarında meningit xəstəliyindən 13 nəfər vəfat edib. Məlumatı Səhiyyə Nazirliyi iyunun 6-da açıqlayıb.

Nazirliyin məlumatına görə, üç rayonda cəmi 59 nəfərə bu diaqnoz qoyulub. Onlardan 21-nin yaşı 14-dən azdır.

Son ölüm halı iyunun 5-də qeydə alınıb, 17 yaşlı gənc meningitdən dünyasını dəyişib.

Nazirlik durumun nəzarətdə olduğunu bildirir.

Meningit baş beyin və onurğa beyni qişalarının iltihabi xəstəliyidir. Bütün yaş qruplarında rast gəlinir. Hava-damcı yolu ilə keçir. Bəzi bakteriyalar, viruslar, parazitlər və göbələklər tərəfindən törədilir. Müxtəlif ağırlıq dərəcələri və təzahürləri olur.

Günün bütün mövzuları

XS
SM
MD
LG