Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 21:48

Ramin Hacılının saxlandığı bildirilir


R.Hacılı

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) ictimai fəal Ramin HacılıFəxrəddin Qasımovun saxlanması ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətinin iyunun 6-da yaydığı məlumata görə, iyunun 4-də Balakən rayonunun Mazımqara kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

«Dövlət sərhədində 2 nəfər Azərbaycan vətəndaşı – 1983-cü il təvəllüdlü Ramin Rasim oğlu Hacılı və 1988-ci il təvəllüdlü Fəxrəddin Azad oğlu Qasımov saxlanıb. İlkin araşdırma zamanı R.Hacılı ölkədən çıxışına qadağa qoyulması səbəbindən dövlət sərhədini pozmaqla qanunsuz yolla Gürcüstan ərazisinə keçməyə cəhd etməsini, F.Qasımovun isə bu əməlin həyata keçirilməsində ona köməklik etməsini etiraf etmişdir. F.Qasımov da eyni məzmunlu ifadə verib», - məlumatda vurğulanır.

DSX-nın iddiasına görə, R.Hacılı 250 min manat həddində borclarının olduğunu, xaricə getməklə bu borcları işləyərək qaytarmağa çalışdığını bildirib.

Hadisə ilə bağlı cinayət işinin açıldığı bildirilir.

Bu deyilənlərə hələlik sözügedən şəxslərin vəkili və ya yaxınlarının münasibətini almaq mümkün olmayıb.

Xatırlatma

2017-ci ildə R.Hacılının məhkəmənin qərarı ilə 2 il sınaq müddəti təyin edilməklə şərti cəza aldığı bildirilirdi. O, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etməkdə təqsirləndirilirdi. Ancaq o, ittihamları qəbul etmirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG