Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:02

Macron potensial ‘konflikt’ xəbərdarlığı edir


Emmanuel Macron (sağda) və Benjamin Netanyahu
Emmanuel Macron (sağda) və Benjamin Netanyahu

İran uran zəndingləşdirmə qabiliyyətini gücləndirmək planlarını açıqlayandan sonra Fransa prezidenti Emmanuel Macron potensial “konflikt” xəbərdarlığı edib. Qeyd edək ki, Birləşmiş Ştatlar mayın 8-də İranla nüvə sazişindən çıxınca durum gərginləşib.

Macron iyunun 5-də axşam Parisdə İsrailin baş naziri Benjamin Netanyahu ilə mətbuat konfransı keçirib. O, “hamını durumu sabitləşdirməyə, yalnız münaqişəyə yol açacaq eskalasiyaya yol verməməyə” çağırıb.

Fransa prezidentinin deməsinə görə, İranın nüvə infrastrukturunu genişləndirməsi qərarı 2015-ci il nüvə razılaşmasından çıxmağa əsas vermir. Həmin saziş İranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində ona sanksiyaların qaldırılmasını nəzərdə tuturdu.

Macron-un fikrincə, İranın daha intensiv uran zənginləşdirmə fəaliyyətini bərpa edəcəyini açıqlaması nüvə razılaşmasının tamamilə iflasa yaxın olduğunu üzə çıxarır.

MACRON-DAN TRUMP-A EYHAM

“Bu sadəcə, onu göstərir ki, sazişdən birtərəfli çıxmağa qərar vermək digər tərəfi ona sayqı göstərməyə həvəsləndirmir”, – Fransa lideri söyləyib.

Bu həftə Avropada səfərdə olan Netanyahu mətbuat konfransında deyib ki, Macron-u ABŞ-ın arxasınca getməyə və sazişdən çıxmağa inandırmağa çalışmayıb, çünki sənədin “elə öz çəkisindən öləcəyinə inanır”.

Peugeot Citroen (PSA) təmsilçisi Jean-Christophe Quemard (sağda) Iran Khodro rəhbəri Hashem Yekkeh-Zareh ilə 400 milyon avroluq sənəd imzalayır
Peugeot Citroen (PSA) təmsilçisi Jean-Christophe Quemard (sağda) Iran Khodro rəhbəri Hashem Yekkeh-Zareh ilə 400 milyon avroluq sənəd imzalayır

Netanyahu görünür, Total, Allianz, Lukoil, Reliance və digər qlobal şirkətlərin İrandakı bizneslərinə yenidən baxmaq qərarlarını nəzərdə tutub. Onlar Birləşmiş Ştatların İrana bərpa edəcəyi sanksiyaları pozarlarsa, milyard dollarlıq cəriməylə üzləşəcəklərindən çəkinirlər.

Fransanın Peugeot və Citroen avtomobillərinin istehsalçısı olan PSA şirkəti də İrandan çıxmaqla bağlı planlarını bu həftə açıqlayıb. Şirkət ötən il İranda 445 min avtomobil satıb.

Netanyahu deyib ki, Fransa liderini “İranın regiondakı təcavüzünə diqqət cəmləməyə” çağırıb.

İran iyunun 5-də Beynəlxalq Atom Enerjisi Agentliyinə göndərdiyi bildirişdə uran zənginləşdirmə qabiliyyətini artırmaq üçün yeni sentrifuqlar istehsal olunacaq mərkəzin tezliklə açılacağını yazır.

İranın Atom Enerjisi Təşkilatının rəhbəri olan Ali Akbar Salehi-nin deməsinə görə, bu addıma nüvə sazişi icazə verir və bu heç də Tehranın Avropa ölkələri ilə birlikdə sazişi qurtarmaq cəhdlərinin iflası demək deyil.

Avropa Birliyi ilkin dəyərləndirməsində bildirib ki, İranın açıqladığı bu yeni addımlar nüvə sazişinin pozulması demək deyil.

İran nüvə proqramının dinc məqsədli olduğunu deyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG