Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 22:08

Lech Kaczynski-nin həlak olduğu təyyarədə partlayıcı maddə izləri tapılıb


Təyyarənin qəzaya düşdüyü yer, 2010-cu il

Rusiyanın Smolensk şəhəri üzərində qəzaya uğramış, Polşa prezidenti Lech Kaczynski -nin də həlak olduğu təyyarədə və ölənlərdən birinin cəsədində partlayıcı maddə izləri tapılıb. Açıqlamanı qəzanı araşdıran komissiya verib. Məlumatı təhqiqatçılara istinadla RAR agentliyi yayıb.

Partlayıcı maddı izlərinin Tu-154-ün qəzaya düşdüyü yerdə aşkarlanmadığı bildirilir.

Bu ilin aprelində komissiya bildirmişdi ki, qəzaya təyyarədəki partlayış səbəb olub. 2011-ci ildə açıqlanmış hesabatda isə ekipaj üzvlərinin səhvləri əsas gətirilirdi, ancaq həmin sənən ləğv olundu.

2010-cu ilin aprelində baş vermiş qəzada 96 nəfər həlak olub. O vaxtdan istintaq davam edir.

Qəzada prezident Lech Kaczynski, onun həyat yoldaşı, ordu rəhbərliyi, Polşa mərkəzi bankının rəhbəri olmuşdu. Onlar Rusiyaya, 1940-cı ildə Sovet gizli polisinin Katın meşəsində qətlə yetirdiyi minlərlə polyak zabitin anım mərasiminə gedirdilər.

Rusiya hakimiyyəti də qəzaya pilotun səhvinin səbəb olduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG