Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 21:21

Zəlzələ stressi ölümə səbəb olub


Zaqatalada zəlzələ. Foto arxiv - 2012

İyunun 5-də baş vermiş zəlzələdən sonra Qax və Zaqatala mərkəzi rayon xəstəxanalarının təcili yardım şöbələrinə ümumilikdə 31 müraciət daxil olub. Bu barədə Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Məlumata görə, Zaqatala rayon Göyəm kənd sakini, 63 yaşlı Soltan Qandaxov zəlzələdən həyəcanlanaraq stress keçirib.

«Qan təzyiqi yüksələn S.Qandaxov insult keçirərək vəfat edib. S.Qandaxov əvvəllər də Zaqatala rayon kardioloji dispanser qeydiyyatında olub», - məlumatda vurğulanır.

Məlumata görə, Qax şəhərində isə 13 yaşlı Gülər Durmuşzadə zəlzələ anında qaçmaq istəyərkən yıxılıb və ayağı burxulub. Ona lazımi tibbi yardım göstərilib.

Zaqataladakı zəlzələdə bəzi tikililərdə çatlar yaranıb

«İyunun 5-ı axşam saatlarında baş vermiş zəlzələnin vurduğu ziyanlar öyrənilir».

Bunu Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Tofiq Əhmədov bildirib. Onun deməsinə görə, zəlzələ bütün rayon ərazisində hiss edilib, amma insan tələfatına səbəb olmayıb:

«Tikililərdə çatlar əmələ gəlməsi, sərhəd divarlarının aşması kimi ziyanlar var. Amma evlər uçmayıb...».

T.Əhmədov deyib ki, komissiya elə dünən, iyunun 5-dən dəyən ziyanın hesablanması ilə bağlı işə başlayıb. O, yaxın günlərdə ilkin məlumatların açıqlanacağına ümid edir.

Video «Report» agentliyinə məxsusdur

Xatırlatma

İyunun 5-də Azərbaycanda zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 22:40-da Zaqatala ərazisində qeydə alınıb.

5.5 maqnitudalı zəlzələnin ocağının 19 km dərinlikdə yerləşdiyi bildirilir.

Məlumata görə, zəlzələ episentrdə 6 bala qədər hiss olunub.

Zəlzələnin, əsasən, ölkənin şimal-qərb rayonlarında hiss olunduğu bildirilir.

Seysmoloji Mərkəz: 7 avterşok olub və...

«Zəlzələ baş verən indiki zona aktiv zonadır. Belə zəlzələlər elə zonalar üçün adi hal sayılır».

Bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat rəhbəri Vüsalə Rafiqqızı bildirib. Onun deməsinə görə, Xidmətin əməkdaşları zəlzələ baş vermiş zonada yer səthindəki dəyişiklikləri müşahidə edirlər:

«İndiyədək 7 avterşok qeydə alınıb. Bunun daha nə qədər davam edəcəyini deyə bilmərik».

Günün bütün mövzuları

XS
SM
MD
LG