Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:47

Pakistanda ordunu tənqid edən jurnalist oğurlanıb və buraxılıb


Nawaz Sharif

Pakistan ordusunu “siyasətə qarışdığına görə” açıq tənqid edən jurnalist və insan haqları fəalı oğurlanıb, bir neçə saatdan sonra, iyunun 6-da səhər saatlarında buraxılıb.

Jurnalist Gul Bukhari-nin Pakistan və Britaniya vətəndaşlığı var. O, 25 iyul parlament seçkisi öncəsi sosial mediada Pakistan ordusunu açıq tənqid edir. O, həmçinin keçmiş baş nazir, Pakistan Müsəlman Liqası- Nawaz (PML-N) partiyasının yaradıcısı, orduyla qarşı-qarşıya gələn Nawaz Sharif-i müdafiə edir.

Bu günlərdə ordunun sözçüsü mətbuat konfransında demişdi ki, Pakistanı tənqid edən vətəndaşların monitorinqi aparılır. Bircə gün sonra Bukhari oğurlandı. O, iyunun 5-də axşam televiziya proqramının çəkilişinə gedərkən, Lahor şəhərində yoxa çıxmışdı.

“Qayıdıb və yaxşıdır”, – Bukhari-nin həyat yoldaşı Ali Nadir mediaya söyləyib.

Pakistan ordusu məsələni, hələlik, şərh etməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG