Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 02:17

Azərbaycan-Avropa İttifaqı biznes forumu keçirilir


Azərbaycan/Avropa Birliyi

Bu gün, iyunun 5-də Bakıda Azərbaycan-Avropa İttifaqı biznes forumu başlayıb. Forum İqtisadiyyat Nazirliyi, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və Alman-Azərbaycan Xarici Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilir.

«Turan» agentliyinin məlumatına görə, Avropa İttifaqı (Aİ) Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bu qurumla Azərbaycan arasında yeni müqavilə üzrə danışıqlara toxunub. O qeyd edib ki, müqavilə üzrə danışıqlar yeni biznes imkanları yaradır və sərmayəçilərdən ötrü bir siqnaldır.

İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov isə Aİ-nin Azərbaycanın əsas xarici ticarət tərəfdaşı olmasından bəhs edib.

«2017-ci ildə Avropa İttifaqının Azərbaycanın xarici ticarətindəki payı 42 faiz olub və 9.4 mlrd. dollar təşkil edib. Son 5 ildə Avropa İttifaqı Azərbaycana 15.3 mlrd ABŞ dolları investisiya yatırıb», -nazir müavini bildirib.

Foruma ümumilikdə 800-ə yaxın iştirakçının qatıldığı bildirilir.

Tədbirdə Azərbaycanda kənd təsərrüfatı, mühəndislik, nəqliyyat, logistika və elektron ticarətlə bağlı məsələlər müzakirə olunub.

Xatırlatma

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir. «Şərq Tərəfdaşlığı» Proqramına Aİ-nin altı qonşu ölkəsi -Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna artıq qurumla assosiasiya sazişi imzalayıb.

Ötən ilin noyabrında isə Aİ ilə Ermənistan arasında tərəfdaşlıq sazişi bağlanıb.

Azərbaycanla belə danışıqlar ötən ilin fevralından başlayıb. Hələlik saziş imzalanmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG