Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 05:25

Azərbaycanda 7 min başa qədər ceyran var.

Bu barədə bu gün, iyunun 5-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, hazırda ceyranların balalama dövrü başa çatmaq üzrədir.

«XX əsrin 40-cı illərinədək ceyranlar respublikanın Acınohur, Kürəkçay vadisində, Eldar, Sarıca, Qarabağ, Mil, Muğan, Şirvan düzlərində və Qobustan çöllərində geniş yayılıb. 1960-cı illərə qədər ceyranların sayı kəskin azalmağa başlayıb», - məlumatda bildirilir.

Nazirlik vurğulayır ki, Şirvan Milli Parkı yaradıldıqdan sonra ceyranların nəslinin kəsilməsi təhlükəsi aradan qaldırılıb.

«Hazırda Azərbaycanda ən böyük ceyran populyasiyasının yayıldığı ərazi Şirvan Milli Parkıdır», - nazirlik bildirir.

Xatırlatma

Şirvan Milli Parkı prezidentin 2003-cü ildə verdiyi fərmanla yaradılıb. O, Bakı şəhərinin Qaradağ, Salyan və Neftçala rayonlarının inzibati ərazilərinin 54 min 373.5 hektar sahəsini əhatə edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG