Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:52

Tacik və qırğız sərhədçilər toqquşub


Hadisə yeri

Tacikistan və Qırğızıstan sərhədçiləri iki ölkə arasındakı mübahisəli torpaq üstündə toqquşub.

Qırğızıstanın Sərhəd Mühafizə Xidmətinin məlumatına görə, insident iyunun 5-də cənubdakı Batken regionunun Leilek bölgəsində baş verib.

Qırğız satıcılar sərhədin mübahisəli yerində mal satmağa başlayıblar. Toqquşma zamanı atışma da baş verib.

Qırğızıstan sərhədçiləri üç silahlı tacik həmkarlarını qısa müddətə saxlayıb.

Xəsarət alan olmayıb.

Bitişik Suğd tacik regionunun qubernator müavini Rustam Rahmatzoda AzadlıqRadiosu-na deyib ki, iki ölkə rəsmiləri arasında danışıqlardan sonra tacik sərhədçilər buraxılıb.

Rahmatzoda sərhəddə durumun sakit və nəzarətdə olduğunu bildirib.

Batken və Suğd regionlarının qubernatorlarının iyunun 5-də axşama doğru məsələylə bağlı danışıq aparacağı gözlənir.

Qırğızıstan, Tacikistan və Özbəkistan sərhədlərində oxşar toqquşmalar və atışmalar tez-tez baş verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG