Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 23:36

Selin Göyçaya vurduğu ziyan hesablanır


Sel avtomobil körpüsünü dağıdıb

«Kəndlərə, təsərrüfatlara dəyən ziyanlar hesablanmaqdadır. Amma hesablama hələ başa çatmayıb».

Bunu Göyçay Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rayon Fövqəladə Hallar Komissiyasının sədri İkram Vəliyev bildirib. Onun deməsinə görə, yağış və seldən təqribən 9-10 kəndə ziyan dəyib.

İ.Vəliyev vurğulayıb ki, sel nəticəsində dağılan körpünün bərpası ilə bağlı hazırlıq işləri həyata keçirilir.

O vurğulayıb ki, sel təhlükəsi ilə bağlı evlərindən köçürülən bütün ailələr geri qaytarılıb. Yalnız çayın yamac hissəsindəki ərazidə bir evin sakinlərinə qayıtmağa icazə verilməyib.

Xatırlatma

İyunun 2-də axşam saatlarında Göyçay çayına gələn sel avtomobil körpüsünü dağıdıb.

Nəticədə Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti dayandırılıb. Sürücülər alternativ olaraq Göyçay-Ucar-Kürdəmir-Bakı yolundan istifadə edirlər.

Sel, üstəlik, çay üzərindəki piyada körpüsünü də uçurub. Bununla da şəhərin bir hissəsinin, həmçinin 30-dan çox kəndin rayon mərkəzi ilə birbaşa nəqliyyat əlaqəsi kəsilib. Rayonun bir çox kəndlərinə də ziyan dəydiyi bildirilir.

Rayon rəhbərliyinin bildirməsinə görə, əhali hazırda alternativ yollardan istifadə edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG