Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyun, çərşənbə, Bakı vaxtı 13:49

Deripaska-nın daha 2 şirkətinə sanksiyalar gec qoyulacaq


Oleg Deripaska

ABŞ Xəzinədarlığı Rusiyanın En+ Group şirkətinin və onun filialı olan EuroSibEnergo-nun investorlarına sanksiyaların tətbiqi üçün son tarixi uzadıb. İndi onların aktivlərini geri çəkməyə oktyabrın 23-dək vaxtları var. Əvvəl buna görə iyunun 5-i son tarix qoyulmuşdu.

Bundan öncə En+ Group elan etmişdi ki, şirkət prezidentinin istefasını qəbul edir, direktorlar şurasının üzvlərini rusiyalı maqnat Oleg Deripaska-ya bağlı olmayan adamlarla əvəzləyir. Məqsəd də Birləşmiş Ştatları sanksiyaları qaldırmağa inandırmaqdır.

Xəzinədarlıq ötən ay bildirib ki, özünü Deripaska-dan ayıran şirkətlər sanksiyalardan yayına bilər.

ABŞ sanksiyalarının hədəfi Rusiya hökumətinə bağlı zənginlərdir.

Birləşmiş Ştatlar apreldə Deripaska-ya və onun əsas səhmdar olduğu səkkiz şirkətə sanksiya tətbiq edib. Onların sırasında Rusal və onun təsisçi şirkəti En+ da var.

Günün bütün mövzuları

XS
SM
MD
LG