Keçid linkləri

Təcili xəbərlər
2018, 25 İyun, Bazar ertəsi, Bakı vaxtı 05:57

Ukraynalı jurnalistin Rusiyada həbsini pisləyirlər


Roman Sushchenko

Ukraynalı jurnalist Roman Sushchenko-nun Rusiyada casusluq ittihamıyla 12 illik həbsə məhkum edilməsini Kiyev və jurnalist təşkilatları pisləyirlər.

Jurnalistin vəkili Mark Feigin bu qərarın siyasi səbəblərlə uydurulduğunu, apelyasiya şikayəti veriləcəyini bildirib.

ATƏT-in media azadlığı üzrə təmsilçisi Harlem Desir hökmü pisləyib, Rusiyanı Sushchenko-nu azad etməyə çağırıb.

Nyu Yorkda mənzillənən Jurnalistləri Müdafiə Komitəsi də Suschenko-ya azadlıq tələb edib.

Ukrayna prezidenti Petro Poroshenko bildirib ki, məhkəmə Sushchenko-nu qondarma ittihamlarla təqsirli bilib. “Rusiya məhkəməsinin görünməmiş sinizmi sübut edir ki, Kreml rejimi ukraynalıların ruhunu qırmaq cəhdlərini heç cür dayandırmayacaq”, – Poroshenko sosial mediada yazıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG