Keçid linkləri

Təcili xəbərlər
2018, 24 İyun, bazar, Bakı vaxtı 16:23

İlqar Məmmədovun işi ilə bağlı gözlər Ali Məhkəmədə


İ.Məmmədov

«Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) REAL Partiyasının həbsdəki sədri İlqar Məmmədovla bağlı çıxardığı ikinci qərarın icra müddəti sabah, iyunun 5-də başa çatır. Ancaq qərar icra edilmir».

REAL Partiyasının açıqlamasında belə bildirilir.

Partiya vurğulayıb ki, İ.Məmmədovla bağlı AİHM-in qəbul etdiyi ikinci qərar bu il martın 5-də qəti hüquqi qüvvəyə minib. Həmin qərarın qüvvəyə mindikdən sonrakı 3 ay ərzində icra ediləcəyi gözlənilirdi.

«Qanunvericiliyə əsasən, Ali Məhkəmənin Plenumu bu məsələyə baxaraq, aşağı məhkəmələrin qanunsuz hökm və qərarlarını ləğv etməlidir. AİHM ikinci işdə İ.Məmmədovun Avropa Konvensiyasının 6-cı maddəsi ilə nəzərdə tutulan ədalətli mühakimə hüququnun pozuntusunu tanıyıb. İşdə Məmmədova qarşı istifadə edilən bütün sübutların mötəbər olmadığını qət edib», - partiya bildirir.

Açıqlamada yazılıb ki, son 3 həftədə Ali Məhkəməyə bununla bağlı sorğular göndərilsə də, məhkəmə həmin sorğulara cavab verməyib.

Ali Məhkəmədən REAL Partiyasının bu açıqlaması ilə bağlı münasibət almaq mümkün olmayıb.

Məhkəmənin mətbuat xidmətindən bu yaxınlarda «Turan» agentliyinə bildirmişdilər ki, bu məsələ ilə bağlı məlumatları yoxdur.

Söhbət AİHM-in İ.Məmmədovun işi üzrə ikinci qərarından gedir. Bu qərar REAL sədrinin 2013-cü il İsmayıllı hadisələri ilə əlaqədar 7 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökmlə bağlıdır. İ.Məmmədov kütləvi iğtişaşların təşkilində və polisə qarşı zorakılıq tətbiq etməkdə təqsirli bilinmişdi.

Bu iş üzrə qərarı AİHM 16 noyabr 2017-ci ildə elan edib, qərar martın 6-da qüvvəyə minib.

Xatırlatma

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə bağlı kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

AİHM hələ 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Ancaq o, azadlığa buraxılmayıb.

Ötən il dekabrın 5-də Avropa Şurası Nazirlər Komitəsi (AŞNK) AİHM-in İ.Məmmədovla bağlı qərarının icra edilməməsinə görə Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.

Ardınca AİHM Avropa Şurasının Nazirlər Komitəsinə, Azərbaycan hökumətinə və həbsdə olan REAL Partiyasının lideri İ.Məmmədova məktub göndərib. Məktub AŞNK-in Azərbaycan tərəfinin İ.Məmmədovla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının icra edilib-edilməməsi məsələsinə dair sorğusuna cavabdır. Məktubda tərəflərdən məsələ ilə bağlı mövqeləri soruşulurdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG