Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 09:11

Qvatemalada vulkan püskürüb, azı 25 nəfər həlak olub


Vulkanda xəsarət almış sakin

Qvatemalada Fuego vulkanının püskürməsi nəticəsində azı 25 nəfər həlak olub, 300-dək adam xəsarət alıb.

Paytaxt Qvatemala şəhərindən 40 kilometr cənub-qərbdəki Fuego (Alov) Vulkanı iyunun 3-də püskürüb. Qırmızı lava bir neçə kənddə evləri dağıdıb, içəridəki adamlar yanıb.

Milli Fəlakətlərin İdarə Olunması Agentliyinin rəhbəri Sergio Cabanas-ın deməsinə görə, lava çayı El Rodeo kəndində adamların yanmasına, xəsarət almasına, ölməsinə səbəb olub.

Qvatemala şəhərində La Aurora aeroportu bağlanıb.

Bu, Fuego vulkanının son 40 il ərzində ən iri püskürməsi sayılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG