Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 09:27

Müdafiə naziri Rusiyaya gedir


Z.Həsənov

Azərbaycan müdafiə naziri Zakir Həsənov Rusiyaya gedəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, o, Müstəqil Dövlətlər Birliyinin (MDB) Müdafiə Nazirləri Şurasının Rusiya Federasiyasının Tıva Respublikasında keçiriləcək növbəti iclasında iştirak edəcək.

«İyunun 5-dən 7-dək Tıva Respublikasının Kızıl şəhərində keçiriləcək iclasda quruma üzv ölkələrin müdafiə nazirləri MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektlərini müzakirə edəcəklər», - məlumatda vurğulanır.

Xatırlatma

MDB 1991-ci ildə yaradılıb. Quruma Baltikyanı ölkələr istisna olunmaqla, keçmiş SSRİ-yə daxil olan respublikalar üzvdür. Gürcüstan sonradan MDB-ni tərk edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG