Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:14

Prezident Mahmud Vaezini qəbul edib


M.Vaezi

Azərbaycan prezidenti İlham Əliyev iyunun 4-də İran İslam Respublikası Prezidenti Aparatının rəhbəri Mahmud Vaezini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, İ.Əliyev deyib ki, Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlər yüksək səviyyədədir.

M.Vaezi isə öz növbəsində qeyd edib ki, iki ölkə arasında əldə edilən razılıq yüksək səviyyədə icra olunur.

Görüşdə vurğulanıb ki, Azərbaycan ilə İran arasında keçid məntəqəsi 24 saatlıq iş rejimində çalışır. Bundan başqa, Azərbaycanda İranla birgə avtomobil istehsalı zavodu fəaliyyətə başlayıb. Habelə, Azərbaycandan İrana enerji ixracı həyata keçirilir.

İran prezidentinin elçisi Bakıdadır

İranın Prezident Aparatının rəhbəri Mahmud Vaezi Bakıda səfərdədir.

Bu barədə İranın Azərbaycandakı səfirliyindən bildiriblər.

İran səfirliyinin məlumatına görə, iyunun 3-dən başlayan səfər çərçivəsində M.Vaezinin prezident İlham Əliyev, baş nazir Novruz Məmmədov və iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşlər keçirəcəyi gözlənilir.

Səfərin bu gün, iyunun 4-də başa çatacağı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG