Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:48

Sloveniyada sağçı partiya qalib gəlir


Janez Jansa

Sloveniyada parlament seçkisinin nəticələrinin hesablanması artıq başa çatmaq üzrədir. Nəticələr keçmiş baş nazirin başçılıq etdiyi sağ qanad, immiqrasiyaya qarşı çıxan müxalifət partiyasının öndə getdiyini göstərir.

Dövlət Seçki Komissiyası iyunun 4-də bildirib ki, bülletenlərin 90 faizi sayılıb. Janez Jansa-nın Sloveniya Demokratik Partiyası (SDS) səslərin 25 faizini qazanıb ki, bu da 90 yerlik parlamentdə 25 yer deməkdir.

Komediyaçı və siyasətçi Marjan Sarec sol mərkəzçi müstəqil siyahısı 12,7 faiz, yəni 13 yerlə ikinci yerdədir.

Üç partiya isə hərəyə 9 faiz toplayıb.

Nəticələr dəyişməzsə, 90 yerlik parlamentdə heç bir partiyanın çoxluğu əldə edə bilməyəcəyi görünür. Növbəti addım koalisiya hökumətinin yaradılması üzrə danışıqlar aparmaq ola bilər. Ancaq digər partiyalar SDS-lə alyans yaratmayacaqlarını bildiriblər.

SDS-lə işləyəcəyini bircə sağ mərkəzçi Nova Slovenija bildirib və parlamentdə 7 yer qazanıb, bu da potensial koalisiyanın çoxluq üçün gərəkən 46 yerə sahiblənə bilməyəcəyini göstərir.

Səsvermədən sonra 59 yaşlı Jansa deyib ki, partiyası digər partiyaların hamısıyla “danışıqlar üçün qapıları açıb”.

Jansa 2004-08-ci illərdə baş nazir olub. O, Macarıstanın immiqrasiyaya qarşı çıxan baş naziri Viktor Orban-ın dostudur.

Günün bütün mövzuları

XS
SM
MD
LG