Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Sentyabr, çərşənbə, Bakı vaxtı 04:26

Sloveniyada miqrantlara qarşı olan partiya qalib gələ bilər


Foto arxiv

İyunun 3-də Sloveniyada parlament seçkisi keçirilir.

Reuters-in ictimai rəy sorğularının nəticələrinə istinadla verdiyi məlumata görə, keçmiş baş nazir Yanez Yanshi-nin partiyası daha çox səs toplayacaq, amma bu, təkbaşına hökumət yaratmağa bəs etmir.

Qeyd edək ki, bu partiya miqrantlara qarşıdır.

Rəy sorğularının nəticəsində görə Yanşi-nin “Sloveniya democrat partiyası” birinci, keçmiş gülüş ustasının rəhbərlik etdiyi “Maryana Sharaetsanın siyahısı” adlı solmıərkəzçi partiya isə ikinci ola bilər.

Müşahidəçilər qeyd edirlər ki, 1,7 milyon seçici hələ ki, kimə səs verəcəklərini bilmirlər.

Keçmiş Yuqoslaviya respublikası olan Sloveniya 90-ci ildə ayrılaraq müstəqillik qazandı.

Ölkə 2004-cü ildən Avropa Birliyinə daxil olub,2007-ci ildən isə avrozonaya girib.

Günün bütün mövzuları

XS
SM
MD
LG