Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:45

Bakıda “Avropa şəhərciyi” festivalı başlayıb


Bakı şəhəri

İyunun 2-də dənizkənarı bulvarda ənənəvi "Avropa şəhərciyi" festivalı başlayıb. Tədbirdə Avropa İttifaqı ölkələrinin mədəniyyəti təqdim olunur.

Bu ilki Avropa mədəniyyəti bayramı Azərbaycan Xalq Cümhüriyyətinin (AXC) 100 illiyinə həsr olunub. Tədbiri Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi və bu quruma daxil olan ölkələrinin səfirlikləri təşkil edib.

“Turan” agentliyinin məlumatına görə, açılış mərasimində çıxış edən mədəniyyət naziri Əbülfəz Qarayev deyib ki, Azərbaycan və Aİ arasında layihələr əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir.

Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Kastutis Yankauskas qeyd edib ki, hazırda tərəfdaşlığın yeni hüquqi çərçivələrinin müəyyən edilməsi üzərində iş gedir.

“Biz xalqlar arasında körpü qurulması üçün birlikdə çalışırıq. Biz gənc nəsil ilə çalışırıq. Müxtəlif layhələr həyata keçiririk. Bu cür tədbirlər əlaqələrin genişləndirilməsinə, mədəniyyətlər ilə qarşılıqlı tanınlığa xidmət edir”, K.Yankauskas vurğulayıb.

Tədbir çərçivəsində Avropa ölkələrinə virtual turlar, milli, Avropa rəqsləri, səfirliklərin və mədəniyyət mərkəzlərinin nümayəndələrinin iştirakı ilə dil məktəbləri təşkil edilir, müxtəlif proqramlar həyata keçirilir.

Tədbir axşama qədər davam edəcək və konsertlə başa çatacaq.

Xatırlatma

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə əsası 2009-cu ildə qoyulan«Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edirdi. «Şərq Tərəfdaşlığı» Proqramına Aİ-nin altı qonşu ölkəsi -Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova vəUkrayna artıq, qurumla assosiasiya sazişi imzalayıb.

Ötən ilin noyabrında isə Aİ ilə Ermənistan arasında tərəfdaşlıq sazişi bağlanıb.

Azərbaycanla belə danışıqlar ötən ilin fevralından başlayıb.Hələlik, saziş imzalanmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG