Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 19:50

Hökumətin xərcləri ‘şişirdilib’ – Ermənistanda


Hökumətin iclası, 1 iyun, 2018-ci il

Hökumət administrasiyası şişirdilib, xərclər məntiqsiz olub, əsaslandırılmayıb. Bunu iyunun 1-də hökumətin iclasından sonra keçirdiyi brifinqdə baş nazirin administrasiya rəhbəri Eduard Aghajanian deyib.

“İlkin müşahidələrimiz göstərir ki, bu illər ərzində hökumət administrasiyasının ştatları şişirdilib, xeyli məntiqsiz və əsaslandırılmamış xərclər olub. Söhbət xidməti avtomobillərdən, dizel yanacağı talonlarından gedir, bəziləri doğrundan da məntiqsiz olub və tezliklə sizə bu haqda məlumat veriləcək”, – Aghajanian deyib.

Eduard Aghajanian
Eduard Aghajanian

O, indiki hökumətin daha səmərəli işləyəcəyini bildirib.

“Hazırda hökumət administrasiyasının sərəncamında 110-dək nəqliyyat vasitəsi var. Hələ digər idarələrin sərəncamında olan avtomobillər buraya daxil deyil. İlkin hesablamalarımıza görə, nəqliyyat vasitələri 30 faiz ixtisar oluna bilər. Əlbəttə, nazirliklərin avtomobilləri buraya daxil deyil. Bu yöndə də araşdırma aparıla bilər”, – o deyib.

BİZNESLƏRİNDƏN XƏBƏRSİZ “BİZNESMENLƏR”

10 il Ermənistan prezidenti olmuş Serzh Sarkisian küçə etirazları nəticəsində aprelin 23-də baş nazir postundan istefa verməli olub. Mayın 8-də isə müxalifət lideri Nikol Pashinian bu posta seçilib.

Hazırda Ermənistanda vergilər sahəsində də bəzi islahatlar aparıldığı bildirilir.

Artur Vanetsian
Artur Vanetsian

İri bizneslə məşğul olduğunu bilməyən və vergi ödəməyən şəxslərin sayı mindən artıq ola bilər. Bu bəyanatla isə iyunun 1-də hökumətin iclasından sonra Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsian çıxış edib.

“Daha öncə 350 nəfər deyilirdi, bəlli oldu ki, 460 və ondan artıqdır. Məncə, bu rəqəm mini aşa bilər”, – Vanetsian vurğulayıb.

Öncə verilmiş məlumata görə, Ermənistanda 350 nəfər böyük bizneslə məşğul olmasından xəbərdar deyil və vergi ödəmir: onların pasportları alınaraq özlərinin bilgisi olmadan adlarına müəssisə qeydiyyatdan keçirilibmiş. Bir neçə gündən sonra belə “biznes sahibləri”nin 461 nəfər olduğu açıqlandı.

Bu arada deputat Samvel Aleksanian-ın ailəsinə məxsus “Yerevan City”, eləcə də digər böyük supermarketlərdə vergi yoxlamaların aparıldığı vurğulanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG