Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 22:59

Avropaya mühacirət edən siyasi fəal Rəsul Mürsəlovun ona cinayət işinin açılması ilə bağlı açıqlamasına Vergilər Nazirliyindən münasibət bildirilib.

Nazirlikdən “Turan” agentliyinə deyiblər ki, Rəsul Mürsəlovun vergi qeydiyyatına durmaması və vergi öhdəliklərinin olmaması barədə fikirləri həqiqət deyil . Nazirlikdən bildirilib kİ, Mürsəlov 9 il əvvəl, 2009-cu ildə iki məhdud məsuliyyətli cəmiyyətin, “MRM” və “Mers-Servis” cəmiyyətlərinin qanuni təmsilçisi kimi vergi qeydiyyatına alınıb.

Nazirlikdən sözü gedən kommersiya qurumlarının dövlət reyestrindəki bilgiləri də təqdim edilib.

***

Avropaya mühacirət edən siyasi fəal Rəsul Mürsəlova Azərbaycanda vergidən yayınmağa görə cinayət işi açıldığı deyilir.

Bu haqda onun özü «Turan» agentliyinə danışıb. Onun deməsinə görə, ittiham tamamilə uydurmadır.

«Məni hüquqi şəxs kimi vergidən yayınmada ittiham edirlər. Halbuki, indiyədək heç bir qurum təsis etməmişəm və vergi qeydiyyatına durmamışam. Vergilər Nazirliyi Yanında Lokal Gəlirlər Departamentindən bununla bağlı ünvanıma məktub göndəriblər. Orda 3 min manata qədər vergidən yayındığım qeyd olunub», - deyən R.Mürsəlov məsələnin siyasi motivli olduğunu vurğulayıb.

«Mən Azərbaycanda siyasi fəaliyyətimə görə həbsdə olmuşam. Həm də indi Azərbaycanın hüquq-mühafizə qurumları ölkədən kənarda siyasi fəaliyyətlə məşğul olanlara qarşı vergidən yayınma ittihamından istifadə edir», - o əlavə edib.

Vergilər Nazirliyindən mühacir fəalın açıqlamalarına münasibət almaq mümkün olmayıb. Ancaq Azərbaycanın rəsmi qurumları, bir qayda olaraq, insanlara siyasi baxışlarına görə ölkə daxilində və onun hüdudlarından kənarda basqılar edilməsi ilə bağlı deyilənləri qəbul etmirlər.

Xatırlatma

R.Mürsəlov əvvəllər AXCP Gənclər Komitəsinin fəal üzvlərindən olub. O, Türkiyədən olan dostu Alirza Kutlu ilə 2012-ci il iyulun 18-də Balakən rayonunun Gürcüstanla sərhəd Çölçü kəndində saxlanıb və barələrində «sərhədi qanunsuz keçmə» maddəsi ilə cinayət işi açılmışdı.

Rayon məhkəməsinin qərarı ilə onların hər ikisi 1 il 6 ay azadlıqdan məhrum edilmişdi.

Həmin vaxt R.Mürsəlov heç bir qanunsuz əməl törətmədiyini və həbsinin siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirirdi.

R.Mürsəlov 2014-cü il yanvarın 25-də həbsdən çıxmışdı. Ardınca Avropaya mühacirət etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG