Keçid linkləri

Təcili xəbərlər
2018, 25 İyun, Bazar ertəsi, Bakı vaxtı 21:15

Müdafiə naziri Zakir Həsənov bu gün, iyunun 1-i cəbhə bölgəsinə səfər edib. Onu nazirliyin rəhbər heyətinin müşayiət etdiyi bildirilir.

Müdafiə Nazirliyinin məlumatına görə, hərbi rəhbərlik cəbhə xəttinin müxtəlif istiqamətlərində yerləşən bölmələrə baş çəkib.

Müdafiə naziri hərbi hissələrin hazırlıq vəziyyətini yoxlayıb, üzbəüz yerləşən mövqeləri müşahidə edib və bir sıra tapşırıqlar verib.

Nazirliyin məlumatında hərbi rəhbərliyin birliklərin komandanlıqları ilə müşavirələr keçirdiyi qeyd edilir.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üz-üzə dayanıb. Bu münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG