Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 09:06

Avtobus 'KamAZ'la toqquşub


Foto arxiv

Bu gün, iyunun 1-də günorta saatlarında sərnişin avtobusu ilə «KamAZ» markalı yük maşınının toqquşması nəticəsində xəsarət alanların Gürcüstan vətəndaşı olduğu bildirilir.

Xəsarət alanların Gürcüstanın Qori şəhərindən olan orta məktəb şagirdləri və onların valideynləri olduğu deyilir. Verilən məlumata görə, onlar Bakıya ekskursiya məqsədi ilə gəliblər.

Hadisə Bakı-Qazax yolunun Atbulaq qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. Tbilisi-Bakı sərnişin avtobusu «KamAZ» və «Mercedes» markalı avtomobillə toqquşub.

Xəsarət alanlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir. Qəzanın baş vermə səbəbi ilə bağlı araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG