Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 23:07

Rusiyanın Çeçenistan regionunda məhkəmə insan haqları fəalı Oyub Titiyev barəsində həbs qətimkan tədbirini iyulun 9-dək uzadıb. Məlumatı Rusiyanın “Memorial” insan haqları təşkilatı yayıb. Titiyev qurumun Çeçenistan filialının sədridir.

“Memorial” mayın 31-də yaydığı bəyanatda Qroznı məhkəməsinin qərarını “əsaslandırılmamış” adlandırıb, Titiyev-in vəkillərinin qərardan “çaşqınlıq” ifadə etdiklərini bildirib.

60 yaşlı Titiyev yanvarın 9-da narkotik saxlama ittihamıyla tutulub. Özü və həmkarları ittihamların qurama olduğunu deyir.

Titiyev narkotik maddənin maşınına qoyulduğunu iddia edir.

Təqsirli bilinsə, 10 ilədək həbsə məhkum edilə bilər.

BEYNƏLXALQ QURUMLAR NARAHATDIR

Mayın 18-də ümumdünya futbol təşkilatı olan FIFA bəyanat yayaraq Titiyev-in həbsindən “dərin narahatlığını” bildirib, onu “beynəlxalq standartlara uyğun, ədalətli mühakimə etməyə” çağırıb.

Rusiya prezidentliyinə namizəd olmuş Ksenia Sobchak Titiyev-ə azadlıq tələb edir, yanvar, 2018-ci il
Rusiya prezidentliyinə namizəd olmuş Ksenia Sobchak Titiyev-ə azadlıq tələb edir, yanvar, 2018-ci il

Rusiya iyunun 14-dən iyulun 15-dək futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək.Çeçenistanın paytaxtı Qroznıda Misirin komandası məşqlərini keçirməlidir.

Human Rights Watch (HRW) insan haqları təşkilatı bu işi “saxta”, “Çeçenistan hakimiyyətinin “Memorial”ı regiondan çıxarmaq cəhdinin tərkib hissəsi” adlandırıb.

İnsan haqları fəalları Çeçenistan lideri Ramzan Kadyrov-un hakimiyyəti dövründə regionda fundamental hüquq pozuntularının artdığını bildirirlər. Kadyrov yanvarda Titiyev-ə “narkoman” demişdi.

Titiyev-in sələfi Natalya Estimirova 2009-cu ildə oğurlanaraq öldürülüb, qətlin üstü hələ də açılmayıb.

Rusiya prezidenti Vladimir Putinin insan haqları və vətəndaş cəmiyyəti üzrə məşvərətçi şurasının rəhbəri Mikhail Fedotov yanvarda Daxili İşlər Nazirliyini çağırdı ki, Titiyev-in maşınına narkotik maddələrin qoyulması versiyası araşdırılsın. Ancaq Çeçenistan məhkəməsi mayın 24-də Titiyev-in polisə qarşı cinayət işi açılması üzrə iddiasını rədd etdi.

Almaniya kansleri Angela Merkel və ABŞ Dövlət Departamenti də Titiyev-in həbsindən narahatlıq bildiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG