Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyun, Cümə, Bakı vaxtı 22:34

Assad ABŞ qüvvələri ilə münaqişəni istisna etmir


Suriyanın İdlib şəhərində daha bir partlayışdan sonra, 26 may, 2018-ci il

Suriya prezidenti Bashar al-Assad ordusuyla ölkəsindəki ABŞ qüvvələri arasında münaqişənin mümkünlüyündən danışıb. O, Birləşmiş Ştatlar və müttəfiqləri Suriyadan çıxmazsa, belə bir münaqişəni istisna etməyib. Ancaq bu bəyanat Pentaqonun xəbərdarlığına səbəb olub.

Mayın 31-də Rusiyanın RT televiziyasına müsahibəsində Assad deyib ki, kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri (SDF) ilə danışıqlar aparmağa hazırdır. SDF ABŞ qüvvələri tərəfindən dəstəklənir və hazırda Suriya ərazisinin dörddə biri onların nəzarətindədir.

“YEGANƏ PROBLEM SDF-DİR”

Ancaq Assad onu deyib ki, lazım gələrsə, ərazisini güclə geri qaytaracaq.

“Suriyada qalan yeganə problem SDF-dir”, – deyən Assad problemin həllindən ötrü iki variant gördüyünü əlavə edib.

“Birinci yol odur ki, danışıqlara qapıları açırıq. Onların çoxu suriyalıdır, güman ki, ölkələrini sevirlər, xaricilərin oyuncağına çevrilmək istəməzlər. Bir yolumuz var, suriyalılar kimi yanaşı yaşayaq. Alınmasa, həmin əraziləri güclə azad edəcəyik”, – Assad ingiliscə deyib.

Bashar al-Assad (sağda) və Rusiya prezidenti Vladimir Putin
Bashar al-Assad (sağda) və Rusiya prezidenti Vladimir Putin

Assad “amerikalıların getməli olduğunu” sözlərinə əlavə edib. O deyib ki, Vaşinqton İraqda başına gələnlərdən “dərs” çıxarmalıdır. “Adamlar daha bu regionda xariciləri qəbul etməyəcəklər”, – o söyləyib.

ABŞ-ın Suriyadakı müttəfiqlərini 2 minədək amerikalı hərbçi hava zərbələri ilə dəstəkləyir, yaxud onlara təlim keçir.

Suriyada istənilən maraqlı tərəf anlamalıdır ki, ABŞ qüvvələrinə, yaxud koalisiya tərəfdaşlarımıza hücum pis siyasətdir”, – Pentaqonun baş qərargah rəisi, general leytenant Kenneth McKenzie mayın 31-də Vaşinqtonda deyib.

SDF-İN REAKSİYASI

ABŞ Dövlət Departamenti də bildirib ki, Vaşinqton Suriyayla münaqişəyə can atmır, ancaq Birləşmiş Ştatlar və tərəfdaş qüvvələrini qorumaqdan ötrü “gərəkən və mütənasib qüvvəyə” əl atacaq.

RT-yə müsahibəsində Assad ABŞ prezidenti Donald Trump-ın bu yaxınlarda ona “heyvan” deməsinə də kəskin reaksiya verib. “Nə deyirsənsə, elə özünsən”, – o söyləyib.

SDF üzvləri
SDF üzvləri

Son aylar Assad qüvvələri Rusiyanın hava dəstəyi, quruda İran və Hizballah yaraqlılarının köməyi ilə xeyli irəliləyib. Hələb və Dəməşq üzərində tam nəzarəti ələ alan Assad üsyançıların əlindəki əraziləri bir-bir almaqdadır.

Bu ölkədə yeddi ildir davam edən müharibədə yarım milyonadək adam həlak olub, 5 milyon nəfər ölkədən qaçaq düşüb.

SDF də böyük əraziyə nəzarət edir, ancaq indiyədək hökumət qüvvələri ilə birbaşa toqquşmalardan yayınıb.

SDF-in sözçüsü Kino Gabriel Assad-ın dediklərinə cavabında vurğulayıb ki, hərbi yolla həll “daha çox dağıntıya, Suriya xalqı üçün çətinliklərə səbəb olar”.

Onun “Reuters”ə deməsinə görə, SDF ölkənin bütün etnik və dini qruplarından ötrü “fərqlilik, bərabərlik, azadlıq və ədalətə əsaslanan demokratik sistem” istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG