Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 07:37

Yunanlar Makedoniya adına görə etirazlar planlaşdırır


Makedoniyanın baş naziri Zoran Zaev (ortada) Skopyedə çıxış edir, 30 may, 2018-ci il

Makedoniya ilə on illərdir davam edən ad mübahisəsində kompromis həllə etiraz edən yunanlar gələn həftə Yunanıstanın bir neçə şəhərində etirazlar planlaşdırırlar.

Təşkilatçı Michalis Patsikas mayın 31-də Afinada keçirdiyi mətbuat konfransında deyib ki, nümayişlərin Yunanıstanın Makedoniya vilayətinin 13 şəhərində keçiriləcəyini gözləyir. Bu vilayətdə Makedoniyayla kompromisə etiraz daha güclüdür.

Digər şəhərlərdə də etirazlar planlaşdırılır.

Yunanıstan və Makedoniya liderləri bu həftə bildiriblər ki, Balkan ölkəsinin yeni adıyla bağlı razılaşma əldə etmək üzrədirlər və bu, hər iki ölkənin Makedoniya adına iddiasını həll edəcək.

Yunanıstanın Makedoniya adına etirazı illərdir bu ölkənin Avropa Birliyinə qəbulunu əngəlləyib.

Liderlərin “Yuxarı Makedoniya”, “Yeni Makedoniya” kimi adlarla bağlı razılaşma əldə etdiyi xəbərlənir. Ancaq görünür, ictimaiyyət hər hansı kompromisə qarşıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG