Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 09:12

Gürcüstan prezidenti etirazların lideri ilə görüşüb


Giorgi Margvelashvili (ortada) və Zaza Saralidze

İyunun 1-də Gürcüstan prezidenti Giorgi Margvelashvili etirazların lideri Zaza Saralidze ilə görüşüb.

Bir gün öncə baş prokurorun istefasından sonra minlərlə adam Tbilisinin mərkəzindəki köhnə parlament binasının qarşısına toplaşıb, hökumətin istefasını tələb edib. Qeyd edək ki, 2012-ci ildə Gürcüstan parlamenti Tbilisidən 240 kilometr şimal-qərbdə yerləşən Kutasi şəhərinə köçüb.

Margvelashvili Saralidze ilə ötən gecə etirazçıların bu binanın qarşısında qurduğu çadırlardan birində görüşüb, ona başsağlığı vermək istədiyini deyib. Saralidze prezidentdən başqa heç kəslə görüşmək istəmədiyini deyib.

Etirazçılar gecəni çadırlarda keçirib. Polis duruma nəzarət edib.

Bu gün yerli vaxtla saat 4-də yeni etiraz planlaşdırılır.

***

Gürcüstanın baş prokuroru Irakli Shotadze minlərlə adamın Tbilisidə etiraz aksiyasından dolayı istefa verməli olub. Etirazçılar ötən dekabrda iki yeniyetmənin dalaşma zamanı bıçaqlanıb öldürülməsi işinə siyasi təsir göstərildiyini deyirlər.

Bu məhkəmədə iki yeniyetmə mühakimə olunur. Tbilisi məhkəməsi yeniyetmələrdən birinin ölümünə görə müqəssirin tapılmadığını bildirincə, mayın 31-də axşam etirazlar başlanıb. Məhkəmə dalaşmada iştirak edənlərin birinə ittihamları yüngülləşdirib. Onun atası isə vaxtilə baş prokurorluqda çalışıb.

Vəzifədən gedirəm və ümid edirəm, ədalət qələbə çalacaq”, – Shotadze baş prokurorluğun saytında yerləşdirilmiş bəyanatında deyib.

Irakli Shotadze
Irakli Shotadze

Onun istefasından sonra minlərlə adam parlamentin qarşısına toplaşaraq bütünlükdə hökumətin istefasını tələb edib.

“HƏMİŞƏ XALQIMIN YANINDA OLMUŞAM”

Baş nazir Giorgi Kvirikashvili istefa verməyəcəyini deyib, qətllərlə bağlı yeni araşdırma başladılmasına göstəriş verib.

“Həmişə xalqın yanında olmuşam, olacağam da”, – deyən baş nazir kütləylə görüşdüyünü, öldürülən oğlanlardan birinin atasıyla söhbət etdiyini vurğulayıb.

Kvirikashvili-nin deməsinə görə, daxili işlər naziri yeni, hərtərəfli istintaq aparacaq, parlament isə xüsusi iclasında təhqiqat komissiyanın yeni üzvlərini təyin edəcək.

Hər ikisi 16 yaşında olan Davit Saralidze və Levan Dadunashvili iki fərqli məktəbin şagirdləri arasında dava-dalaşda öldürülüblər.

Qətlə görə iki yeniyetmə şübhəli kimi məhkəməyə cəlb olunub. Mayın 31-də şübhəlilərdən biri Dadunashvili-ni öldürmək təqsirli bilinib. Digəri isə Saralidze-ni öldürməyə cəhddə təqsirləndirilib.

Giorgi Kvirikashvili
Giorgi Kvirikashvili

Əllərində “Öldürmə!” şüarları tutan nümayişçilər baş prokurorluqdan parlament binasına qədər gediblər. Rusiyanın Interfax xəbər agentliyinin məlumatına görə, Gürcüstanın digər şəhərlərində də etirazlar keçirilib.

Öldürülənlərdən birinin atası – Zaza Saralidze etirazlara liderlik edib, tələb edib ki, oğlunun ölümünə cavabdeh başqaları da məsuliyyətə cəlb olunsun.

“İstintaq atı ay çəkib, ancaq bu gün məhkəmə oğlumun qatillərini müəyyənləşdirə bilməyib. Ancaq ona görə ki, nüfuzlu şəxslərin uşaqları qatildirlər və prokurorluq onların rolunu ört-basdır edir”, – Saralidze jurnalistlərə deyib.

“SİSTEM DAĞIDILMALIDIR”

Onun sözlərinə görə, Shotadze-nin istefası yetərli deyil, digər prokurorlar da istefa verməli və məhkəmə qarşısına çıxarılmalıdır.

Etiraz başlanandan bir neçə saat sonra bütünlükdə hökumətin istefası tələb olunub.

Zaza Saralidze
Zaza Saralidze

“Sistem dağıdılmalıdır”, – etirazçılaran biri Zviad Kuprava kütlə qarşısında çıxışında deyib.

Kvirikashvil tələblərə cavab olaraq bildirib ki, cinayət işi yenidən araşdırılmaq üçün daxili işlər nazirliyinə qaytarılacaq və prosesi monitorinq etməkdən ötrü müxalifətin rəhbərliyi ilə parlament komissiyası yaradılacaq.

“Öldürülən oğlanların valideynlərinə təminat vermək istəyirəm ki, onlar istintaq zamanı informasiyaya çıxış əldə edəcəklər”, – Kvirikashvili ofisindən verdiyi bəyanatında deyib. Bundan öncə aksiyaçılar ona qulaq istəməmiş, butulka hücumuna məruz qoymuşdular.

Kvirikashvili də gərəkərsə, istefaya hazır olduğunu, ancaq hazırda buna ehtiyac görmədiyini deyib.

İstefamın ölkəyə faydasından əmin olan kimi bircə saniyə belə düşünməyəcəm”, – o deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG