Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 04:46

Taliban əsirliyindən 100-dən çox məhbus xilas edilib


Əməliyyat zamanı

Əfqanıstanın xüsusi qüvvələri Taliban silahlı qruplaşmasının saxladığı 100-dən artıq məhbusu xilas ediblər. Helmand vilayətində xüsusi əməliyyat zamanı azad edilənlər arasında qadınlar və uşaqlar da var.

Ordunun sözçüsü Abdul Qadeir Bahadorzai deyib ki, mayın 31-də səhər saatlarında aparılan əməliyyat zamanı 103 nəfər azadlığa çıxıb. O, dörd yaraqlının öldürüldüyünü bildirir.

Taliban hələlik, məsələni şərh etməyib.

Məhbusların çoxu dinc şəxslər olub, aralarında beş qadın, iki uşaq, üç polis əməkdaşı var imiş.

Onlar müxtəlif səbəblərdən məhbəsə atılıblar – Əfqanıstan təhlükəsizlik qüvvələri ilə əməkdaşlığa, yerli polisin üzvü olmağa görə və sairə.

Bu arada Taliban Əfqanıstan təhlükəsizlik qüvvələrinə, vilayət mərkəzlərinə hücumları artırmaqdadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG