Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:10

1 milyarddan çox uşağın uşaqlığı necə oğurlanır


Astara rayonunda imkansızlıqdan məktəbə gedə bilməyən uşaqlar, arxiv fotosu
Astara rayonunda imkansızlıqdan məktəbə gedə bilməyən uşaqlar, arxiv fotosu

Dünyadakı uşaqların yarıdan çoxu münaqişə, yoxsulluq və qızlara ayrıseçkiliklə üz-üzədir. Söhbət 1,2 milyarddan artıq uşaqdan gedir. Bunu “Save the Children” təşkilatı yeni hesabatında bildirir.

1 iyun- Beynəlxalq Uşaqlar Günü ərəfəsində yayılmış “Təcridin min üzü” adlı hesabatda bu üç faktorun uşaqların əlindən uşaqlıqlarını necə aldığı təhlil olunur.

175 ÖLKƏ İÇİNDƏ 89-CU

Artıq ikinci ildir işıq üzü görən hesabatda 175 ölkədə səhiyyənin qeyri-adekvatlığının, pis qidalanmanın, təhsildən təcridin, uşaq əməyinin, azyaşlı nikahının, erkən hamiləliliyin və aşırı zorakılığın uşaqlara təsiri öyrənilir.

***Buna da bax: İnternetdə uşaq pornoqrafiyası artır

Sinqapur və Sloveniya birinci yeri tutublar. Daha sonra Norveç, İsveç və Finlandiya gəlir. Son 10 ölkədən səkkizi Qərbi və Mərkəzi Afrikada yerləşir, Nigeriya artıq ikinci ildir sonuncu yerdədir.

Azərbaycan 175 ölkə içində 89-cudur. Qonşulardan Ermənistan 57, Gürcüstan 72, Rusiya 37, İran 86-cı yerdədir.

Nigeriyada hər 1000 yoxsul gənc qıza 214 doğuş düşür, bu, dünyada ən yüksək göstərici sayılır. Varlı həmyaşıdları üzrə göstərici 1000 qıza 37-dir. Ermənistan, Azərbaycan, Kolumbiya, Dominikan Respublikası, Hindistan, Filippin və Seneqalda da bu sahədə durumun ürəkaçan olmadığı qeyd olunur. Belə ki, 15-19 yaşlı yoxsul qızlar imkanlı həmyaşıdlarından 4-5 dəfə daha çox uşaq dünyaya gətirirlər.

***Buna da bax: 20 min dolların varsa, övladını ABŞ-da dünyaya gətir

Hesabata görə,

  • 1 milyarddan çox uşaq yoxsul ölkələrdə yaşayır. 240 milyon uşağın yaşadığı ölkələrdə münaqişə gedir; 575 milyon qız gender bərabərsizliyinin ciddi məsələ sayıldığı ölkələrin sakinləridir.
  • 153 milyon uşağın yaşadığı 20 ölkəyə isə hər üç faktor təsirini göstərir – Cənubi Sudan, Yəmən və Əfqanıstan bu sıradadır.
  • Pis qidalanma, xəstəliklər və qeyri-adekvat səhiyyə sistemi münaqişə zonalarında 20 dəfə daha çox uşağın ölümünə səbəb olur.
  • Yoxsul ailələrin qızları imkanlılardan daha tez ərə verilir və uşaq dünyaya gətirirlər.
  • İqtisadi, hərbi və texnoloji gücünə baxmayaraq, Birləşmiş Ştatlar (36), Rusiya (37) və Çin (40) indeksdə Qərbi Avropa ölkələrinin hamısından geri qalırlar.
  • Şərqi Asiya və Sakit Okean bölgəsindəki ölkələrin 76 faizi irəliləyiş əldə edib, ancaq Filippində pis qidalanmanın geniş yayılması düşüş yaradıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG