Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 09:56

AB Azərbaycana 'təzyiq göstərsin' - HRW-dan çağırış


Siyasi karikatura

Azərbaycanda böyük ümid bəslənən əfv fərmanı gözləntiləri doğrultmadı. Bunu “Human Rights Watch” insan haqları təşkilatının təmsilçisi Catherine Pilishvili yazır.

Prezident İlham Əliyev mayın 24-də imzaladığı fərmanla 634 məhkumu əfv etdi, ancaq onlardan yalnız 12-si yerli hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı şəxslər idi. Qurum təmsilçisi əfv fərmanına bloqqer Mehman Hüseynov, jurnalist Əfqan Muxtarlı, siyasətçi İlqar Məmmədov, “heykəl məhbusları” Qiyas İbrahimov və Bayram Məmmədovun adlarının salınmamasına diqqət çəkir.

Almaniyada azərbaycanlı məhbuslara dəstək aksiyası, arxiv fotosu
Almaniyada azərbaycanlı məhbuslara dəstək aksiyası, arxiv fotosu

AVROPA PARLAMENTİNİN TƏLƏBİ

Azərbaycan rəsmiləri bu gözlənən fərmandan aylarla istifadə edərək insan haqlarıyla bağlı tənqidləri önləməyə çalışıblar, böyük sonuclar vəd olunub. Ancaq bu baş vermədi, hələ də qanunsuz həbs olunmuş fəallar dəmir barmaqlıqlar arasındadır. Avropa Birliyi onların buraxılması üçün əlavə təzyiq göstərməlidir. AB hazırda Azərbaycanla danışıqlar mövzusu olan daha sıx siyasi və iqtisadi tərəfdaşlığı onların azadlığına bağlamalıdır. Bu, Avropa Parlamentinin Xarici İşlər Komitəsinin son qərarına da uyğun olar. Komitə AB-ni siyasi məhbusların və vicdan məhbuslarının azadlığa buraxılması üçün vacib addımlar atmağa çağırırdı. Bundan başqa, Avropa Parlamentinin üzvləri Azərbaycan hakimiyyətinə xatırladırdı ki, AB-nin fundamental dəyərlərinə və hüquqlarına sayqı göstərməyən ölkəylə hərtərəfli razılaşma ratifikasiya olunmayacaq.

Bu fəallar Əliyevin əfv fərmanıyla azadlığa buraxılacaqlarını gözləyirdilər. Onlar fəallıqlarına görə cəzalandırılıb və azadlıqları əllərindən alınıb. İndi AB birmənalı mövqe sərgiləməli, onların azadlığa buraxılması, Azərbaycanın tənqidçilərə təzyiqləri bitirməsi üçün israr etməlidir”, – Catherine Pilishvili yazır.

Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbus olması fikrini, eləcə də hüquq pozuntularıyla bağlı tənqidləri qəbul etmir. Hakimiyyət təmsilçiləri son əfv fərmanını ölkə başçısının daha bir humanist addımı kimi dəyərləndirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG