Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 22:40

Kaspersky-nin iddiası rədd olundu


Kaspersky Lab-ın Moskvadakı ofisi

ABŞ-da hakim Rusiyanın Kaspersky Lab şirkətinin qaldırdığı məhkəmə iddialarını rədd edib. Şirkət ABŞ hökumət kompüterlərində onun proqramından istifadəyə qadağanın ləğvini tələb edirdi.

Kaspersky Lab ABŞ-ın Vaşinqtondakı dairə məhkəməsinin mayın 30-da çıxardığı qərardan şikayət verəcəyini deyib. Məhkəmə ABŞ Konqresinin tələb etdiyi və ABŞ Daxili Təhlükəsizlik Departamentinin tətbiq etdiyi qadağaları qüvvədə saxlayıb.

Ötənilki qadağalar ABŞ kəşfiyyat və təhlükəsizlik rəsmilərinin iddialarından sonra qoyulub. Rusiyalı casusların bu şirkətin proqramlarından istifadə edərək milli təhlükəsizliyə hədə yarada biləcəyi bildirilirdi.

Kaspersky isə qadağaları “qeyri-konstitusion” və “ədalətsiz” adlandırıb. Şirkət məhkəmə iddiasında deyirdi ki, ABŞ hökuməti şirkətin hər hansı nöqsana yol verməsinə dəlil göstərməyib.

Hakim Colleen Kollar-Kotelly isə bildirib ki, Kaspersky Konqresin yol verdiyini iddia etdiyi konstitusiya pozuntularını əsaslandıra bilməyib.

Kaspersky Lab və təsisçisi Eugene Kaspersky dəfələrlə heç bir yanlışa yol vermədiklərini, heç bir hökumətə kibercasusluqda kömək etməyəcəklərini bildiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG