Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 19:50

NATO-Rusiya Şurasının toplantısı keçirilir


Jens Stoltenberg

Mayın 31-də NATO-nun səfirləri rusiyalı həmkarları ilə görüşəcək, Ukrayna münaqişəsini, hərbi manevrlərlə bağlı gərginliyin azaldılmasını və başqa məsələləri müzakirə edəcəklər.

2014-cü ildə Moskva Ukraynanın Krım yarımadasını ilhaq edəndən Rusiyayla Qərb alyansının münasibətləri soyuyub. Rusiyanın Ukraynanın şərqindəki separatçıları dəstəkləməsi gərginliyi daha da artırıb.

NATO-Rusiya Şurası bu il ilk dəfə görüşür.

Rusiyayla Qərb son aylar Suriya müharibəsi, rusiyalı keçmiş casus və qızının Britaniyada zəhərlənməsinə görə qarşı-qarşıya gəlib.

Bu günlərdə NATO Rusiyadan tələb edib ki, 2014-cü ildə Ukrayna üzərində Malayziya təyyarəsinin vurulması, 298 nəfərin həlak olmasına görə məsuliyyəti götürsün.

NATO-nun baş katibi Jens Stoltenberg-in fikrincə, Rusiyayla bu həftə başlanan dialoq ziddiyyətlərin azalmasına kömək edə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG