Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 00:48

Cəbhəçilər məhkəməyə qədər 4 aylıq həbs edilib


Ə.Kərimli və R.Nəsirli

Sabah, mayın 31-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin üzvü Ruslan Nəsirlinin və bu partiyanın Nərimanov rayon təşkilatının sədri Babək Həsənovun apellyasiya şikayətinə baxılmalıdır.

Bu barədə AzadlıqRadiosuna B.Həsənovun vəkili Cavad Cavadov məlumat verib. R.Nəsirlinin vəkili isə Fariz Namazlıdır.

Saat 15:00-da B.Həsənlinin, saat 15:20-də isə R.Nəsirlinin Bakı Apellyasiya Məhkəməsində şikayətinə baxılacağı gözlənir.

Onlarla birlikdə həbs edilən başqa bir AXCP funksioneri Aqil Məhərrəmlinin apellyasiya şikayətinə isə nə vaxt baxılacağı bilinmir. Onun vəkili Aqil Layıcov da hüquqlarını müdafiə etdiyi A.Məhərrəmli ilə bağlı şikayət verib. Ancaq bu şikayətə baxılacaq tarix açıqlanmayıb.

Vəkillər vurğulayıblar ki, cidd-cəhdlərinə baxmayaraq, müdafiə etdikləri şəxslərlə hələ də görüşə bilməyiblər.

Hər 3 cəbhəçinin məhkəməyə qədər 4 ay həbs edildiyi bildirilir.

Vəkillərin açıqlamasına rəsmi qurumların münasibətini almaq mümkün olmayıb.

Xatırlatma

AXCP Rəyasət Heyətinin üzvü A.Məhərrəmli, Gənclər Komitəsi Məclisinin sədri R.Nəsirli və Nərimanov şöbəsinin sədri, keçmiş Qarabağ döyüşçüsü, bundan əvvəl də məhbus həyatı yaşamış B.Həsənov mayın 25-də axşam saatlarında saxlanıblar.

Onlarin saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb.

Həmin açıqlamaya görə, AXCP funksionerləri və mayın əvvəlində həbs edilmiş Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. Açıqlamada S.Rüstəmlinin Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir. İddialarda söhbət ümumilikdə 412 min dollardan gedir.

Onlar barəsində Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə cinayət işi açılıb.

AXCP sədri Əli Kərimli rəsmi ittihamı rədd edib, cinayət işinin və həbslərin AXCP-yə qarşı növbəti təzyiq dalğası olduğunu bildirib.

O deyib ki, dostu S.Rüstəmov ümumilikdə 5 min dollara qədər yardım edib. Həmin vəsait isə həbsdə olan fəalların müdafiəsinə sərf edilib.

Ə.Kərimli bəyan edib ki, həbs edilən şəxslər heç bir cinayətə yol verməyiblər. O qeyd edib ki, dünya mətbuatı, araşdırmaçı jurnalistlər hakimiyyət rəsmilərinin milyardlarla dollar qiymətləndirilən korrupsiya əməllərindən yazır, izahat tələb edir.

«Bunlar da «sən özünsən» səviyyəsində bizə cavab verirlər», - deyə o vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG