Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 00:55

Kabildə atışma gedir


Loqardakı hücumun baş verdiyi məkan

Əfqanıstanın şərqindəki Loqar vilayətində bir qrup intiharçı polis məntəqəsinə hücum edib, azı 3 əfqan polis əməkdaşı öldürülüb.

Mayın 30-da paytaxt Kabildə Daxili İşlər Nazirliyi ətrafında partlayışlar və atışma xəbərləri gəlir. Hələlik, itki barədə məlumat yoxdur.

Talibanın sözçüsü Zabihullah Mujahid qruplaşmanın Loqardakı hücuma görə məsuliyyəti üzərinə götürdüyünü bildirib.

Həmin hücumda dördü polis, səkkizi dinc sakin olmaqla 2 nəfər yaralanıb.

Bəzi məlumatlarda altı polis əməkdaşının öldürüldüyü bildirilir.

Kabildə isə yaraqlıların təhlükəsizlik qüvvələri ilə atışdığı qeyd olunur.

“Reuters” polis əməkdaşlarına istinadla yazır ki, bu hücum nazirliyə edilib.

Hücuma görə məsuliyyəti götürən olmayıb.

Son aylar Taliban və İslam Dövləti qruplaşmasının yeri qanadı Kabildə hücumları intensivləşdirib, yüzlərlə adam öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG