Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:00

Rusiyalı casuslara kömək etmiş hakerə 5 il həbs kəsildi


İllüstrativ foto
İllüstrativ foto

Qazaxıstanda doğulmuş kompüter hakeri ABŞ-da beş illik həbs cəzasına məhkum edilib. Prokurorlar onun Yahho-dan kütləvi informasiya oğurlanmasında Rusiyanın casus agentliyi ilə bilməyərəkdən birgə işlədiyini deyirlər.

ABŞ Dairə hakimi Vince Chhabria Karim Baratov-a 250 min dollar cərimə də kəsib. Məhkəmə mayın 29-da San Fransiskoda keçirilib.

500 MİLYON İSTİFADƏÇİ

Baratov-un adı ötən il açıqlanmış ittihamnamədə çəkilirdi. O zaman iki rusiyalı casus 2014-cü ildə Yahoo-dan 500 milyon istifadəçinin məlumatının oğurlanmasının təşkilində ittiham olunurdu. Həmin hadisə İnternet şirkətlərinin tarixində ən böyük pozuntu sayılırdı.

Qazaxıstanda doğulmuş, daha sonra Kanadanın Toronto şəhərinə yerləşmiş Baratov-a ittihamda deyilirdi ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) ona oğurlanmış məlumat ötürüb, o da həmin datadan yararlanaraq onlarla jurnalistin, hökumət rəsmisinin, şirkət rəhbərlərinin email ünvanlarına haker hücumu edib.

Karim Baratov-un vəkilləri, soldan sağa- Robert Fantone, Amedeo DiCarlo və Andrew Mancilla
Karim Baratov-un vəkilləri, soldan sağa- Robert Fantone, Amedeo DiCarlo və Andrew Mancilla

O, ötən noyabrda doqquz ittiham üzrə özünü təqsirli bilib. Ancaq o zaman belə bir fikir yarandı ki, Baratov rusiyalı casusların izinə düşməkdən ötrü amerikalı prokurorlarla əməkdaşlığa gedə bilər. Prokurorlar Rusiya kəşfiyyat agentliklərinin 2016-cı ilin prezident seçkisi zamanı ABŞ-da siyasi partiyaların kompüterlərinə haker hücumundakı rolunu da araşdırır.

İttihamçıların mayın 29-da bildirməsinə görə, 23 yaşlı Baratov “kirayə götürülmüş beynəlxalq haker” olub, rusiyalı müştəriləri üçün çox az iş görüb, bilməyərəkdən onlar tərəfdən istifadə olunub.

Baratov ötən il Kanadadan Birləşmiş Ştatlara ekstradisiya olunub.

CASUSLAR KİMDİR

ABŞ Ədliyyə Departamentinin ittiham etdiyi iki rusiyalı casus isə Dmitry Aleksandrovich Dokuchaev və Igor Anatolyevich Sushchin-dir.

FTB-nin posteri
FTB-nin posteri

Onlar azadlıqdadırlar. Prokurorlar onların Rusiyada yaşadığına inanır. Rusiyanın isə Birləşmiş Ştatlarla ekstradisiya sazişi yoxdur.

AzadlıqRadiosu Dokuchaev-in FSB-nin İnformasiya Təhlükəsizliyi Mərkəzinin sədr müavini olması haqda yazmışdı. O, ötən il Moskvada vətənə xəyanət ittihamıyla saxlanmış bir neçə rəsmi arasındadır, məxfi informasiyanı Qərbin kəşfiyyat agentliklərinə ötürdükləri iddia olunur.

İttihamnaməyə görə, Rusiyanın təhlükəsizlik rəsmiləri 2014-cü ildə Baratov-a pul verib, o da Yahoo-dan oğurlanmış informasiyadan yararlanaraq onlarla adamın email hesabına girib.

Prokurorlar hədəfə alınanların Rusiya kəşfiyyatına maraqlı şəxslər olduğunu, onların arasında kommersiya sənayelərində tanınmış liderlərin, Rusiya və Rusiyayla həmsərhəd ölkələrdə aparıcı hökumət rəsmilərinin yer aldığını qeyd edir.

Baratov və vəkilləri onun Rusiyanın kəşfiyyat agentliyi ilə bilməyərəkdən işlədiyini iddia ediblər. Onun bu əməkdaşlıqdan 1,1 milyon dollardan artıq vəsait əldə etdiyi, ev və bahalı maşınlar aldığı bildirilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG