Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 03:14

BMT yenə Fələstini müzakirə edəcək


Fələstin, 29 may, 2018-ci il

BMT-nin Təhlükəsizlik Şurası mayın 30-da yığışaraq Fələstindən İsrailə raket zərbələrini müzakirə edəcək. Bu toplantı Birləşmiş Ştatların xahişilə keçirilir, Vaşinqton şuranın hücumları kəskin pisləməsini istəyir.

Qəzzə bölgəsindən raket və top atəşləri üçün Hamas və İslam Cihadı yaraqlı qrupları məsuliyyəti götürüb. Bundan sonra İsrail Fələstin bazalarına hava zərbələri endirib.

Hazırda regionda 2014-cü il İsrail-Hamas müharibəsindən bəri ən ağır dönəm yaşanır. Son həftələr Qəzzə sərhədində 100-dən artıq fələstinli İsrail qüvvələri tərəfindən qətlə yetirilib.

ABŞ-ın BMT-dəki səfiri mayın 29-da deyib ki, “fələstinli yaraqlıların atəşindən uşaq bağçası daxil olmaqla mülki infrastruktura ziyan dəyib”.

Toplantında BMT-nin Yaxın Şərq üzrə elçisi Nickolay Mladenov-un hesabatı da dinlənəcək.

XS
SM
MD
LG