Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 07:17

ABŞ-ın Polşada hərbi iştirakı Avropada sabitliyə ‘zərbə vurar’


Polşadaa hərbçilər, arxiv fotosu

Polşanın öz ərazisində ABŞ-ın daimi hərbi iştirakını xahiş etməsi xəbərləri Kremli narahat edib. Kremlin mövqeyinə görə, NATO-nun Rusiyanın sərhədlərinə doğru genişlənməsi Avropada sabitliyə təhlükə yaradır.

Polşanın yüksəkçinli təhlükəsizlik rəsmisi mayın 29-da belə bir təklifi təsdiqləyib, deyib ki, Varşava Vaşinqtonun Polşada hərbçi yerləşdirməsinin xərclərinin ödənməsinə kömək etməyə hazırdır. Bundan ötrü belə bir hərbi mövcudluğu dəstəkləyəcək infrastruktura 2 milyard dollara yaxın vəsait xərcləyə bilər.

Kremlin sözçüsü Dmitry Peskov deyib ki, bu cür qərarlar vermək hər bir ölkənin suveren hüququdur, ancaq onun sözlərinə görə, bu, Rusiyanın əks addımına səbəb olar, Moskvayla Qərbin münasibətlərini daha da gərginləşdirə bilər.

“NATO-nun hərbi strukturları sərhədlərimizə doğru tədricən genişləndikcə… bu, əlbəttə ki, qitəmizdə təhlükəsizlik və sabitlik yaratmır”, – Peskov jurnalistlərə deyib.

Polşa prezidentliyinin milli təhlükəsizlik idarəsinin rəhbəri Pawel Soloch mayın 29-da televiziya müsahibəsində deyib ki, müdafiə nazirliyi ABŞ əsgərlərinin Polşa torpağında yerləşdirilməsi təklifini Konqresə göndərib.

Moskvanın 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq etməsi və Ukraynanın şərqindəki separatçıları dəstəkləməsi Polşanı, eləcə də Rusiyayla həmsərhəd digər NATO üzvlərini əndişələndirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG