Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Dekabr, bazar, Bakı vaxtı 14:50

Saakashvili Poroshenko-ya sanksiyalar tələb edir


Ukraynalı qadın əlində Mikheil Saakashvili-nin portretini tutub

Mühacirətdə olan siyasətçi Mikheil Saakashvili Avropa ölkələrini Ukrayna prezidenti Petro Poroshenko və yaxın ətrafına sanksiya qoymağa çağırır, onların insan haqlarını pozmaqda ittiham edir.

Saakashvili mayın 29-da deyib ki, Poroshenko onun Ukrayna vətəndaşlığını almaqla və fevralda onu ölkədən çıxarmaqla beynəlxalq hüququ pozub.

Vaxtilə Poroshenko-nun müttəfiqi olan Saakashvili Odessanın qubernatoru oldu, sonradan hökumətdə korrupsiya iddiaları üzündən yolları ayrıldı.

Holland arvadı və iki oğlu ilə Niderlandda yaşayan Saakashvili deyib ki, Poroshenko-ya sanksiyalar təkcə onun Ukrayna vətəndaşlığının bərpası üçün qoyulmamalıdır, Ukrayna liderlərinin “qanunsuz topladığı” sərvəti hədəfə almalıdır.

Saakashvili-nin britaniyalı vəkili Geoffrey Robertson onun işini hələlik, Avropa məhkəmələrinə apara bilmədiyini deyir, çünki əvvəlcə Ukraynadakı məhkəmə instansiyaları tükədilməlidir.

2004-2013-cü illərdə Gürcüstanın prezidenti olmuş Saakashvili orada hakimiyyətdən sui-istifadədə suçlanır. Özü bu ittihamları rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG