Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Sentyabr, çərşənbə, Bakı vaxtı 05:43

Azər Qasımlının polisə aparıldığı bildirilir


A.Qasımlı

REAL Partiyasının təmsilçisi Azər Qasımlının polisə aparıldığı bildirilir.

Bu haqda həmin partiyadan bildiriblər.

Məlumata görə, A.Qasımlı bu gün, mayın 29-da Baş Prokurorluğa çağırılıb. Onun baş prokurorun birinci müavini Rüstəm Usubovun qəbulunda olduğu deyilir.

Ancaq A.Qasımlının prokurorluqdan Yasamal Rayon Polis İdarəsinə aparıldığı bildirilir.

Məsələyə Yasamal Rayon Polis İdarəsindən və Baş Prokurorluqdan münasibət almaq mümkün olmayıb.

Dünən, mayın 28-də Bakının mərkəzində 28 May - Respublika Günü münasibətilə REAL üzvlərinin iştirakı ilə yürüş keçirilib. Tədbirin əsas idarəedicilərindən birinin A.Qasımlı olduğu deyilir.

Polis aksiyanın şəhər rəhbərliyi ilə razılaşdırılmadığını bildirərək, onun sona kimi davam etməsinə imkan verməyib.

Bu partiyanın sədri İlqar Məmmədov isə hazırda həbsdədir.

Xatırlatma

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə bağlı kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi hələ 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG