Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:14

Dünyanın ən bahalı şəhəri Sürixdir


Sürix
Sürix

İsveçrənin maliyyə mərkəzi olan Sürix dünyanın ən bahalı, Misirin paytaxtı Qahirə isə ən ucuz şəhəridir. İsveçrənin UBS bankı mayın 29-da 77 böyük şəhərinin illik reytinqini açıqlayıb.

Orta fəhlə maaşıyla ən yaxşı alıcılıq qabiliyyəti Los Ancelesdədir, bu şəhərin sakinləri nyu yorklulardan 25 faiz çox şey əldə edə bilirlər. Araşdırmada müqayisələrin bazası kimi Nyu York götürülüb.

Ancaq Sürixdə yaşayanların maaşı da yüksək olduğundan əhalisinin alıcılıq qabiliyyətinə görə Kaliforniyanın ən böyük şəhərindən sonra ikinci yerdə gəlir. Nyu York 10-cu, London 23-cüdür.

Praqa
Praqa

UBS 11 şəhərdə “olmazsa olmaz” mallar paketi üzrə alıcılıq qabiliyyətini də dəyərləndirib. Bu paketə iPhone mobil telefonu, laptop və Netflix internet xidmətinə abunəçilik daxildir. Əslində, bahalı şəhər sayılan Honq Konq bu kateqoriyada qalib olub.

Cümə günü axşam evdən kənarda yeməklə şərab içib, daha sonra film seyr etmək istəyən cütlük Tokio, Nyu York və Stokholmda buna görə “yaxşıca tərləməli” olacaq. Bu mənada ən yaxşı qiymətlər Praqada, Mexikoda və Rio de Janeyrodadır.

Praqa 77 ölkə içində 50, Sankt Peterburq 51, Moskva 54, Kiyev 75-ci yerdədir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG