Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 08:18

DTX əməkdaşının rüşvətə görə tutulduğu bildirilir


Həbs

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Şirvan şöbəsinin əməkdaşı Rövşən Ağayev dələduzluq ittihamı ilə saxlanıb. O, DTX sıralarından xaric edilib.

Bu haqda DTX və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatında yazılır.

Bildirilir ki, DTX əməkdaşları fevralda Mehman AğarzayevNəriman Sadıqovu saxlayıblar. Onların İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotik vasitələr keçirmək istədiyi qeyd edilir.

Qurumlar vurğulayır ki, sözügedən iş üzrə istintaqın davam etdirilib, Şirvan şəhər sakini Xəyal Abdullayev də saxlanıb. Onun da evindən narkotik vasitə tapıldığı iddia edilir.

İddiaya görə, araşdırmalar zamanı DTX-nın Şirvan şəhər şöbəsinin əməkdaşı R.Ağayevin şəhər sakini Mətləb Əmirovla X.Abdullayevin həbsdən buraxılmasından ötrü onun anası Sarayxanım Abdullayevadan xeyli miqdarda pul aldıqları müəyyən edilib. Açıqlamada üstəlik, S.Abdullayevanın mayın 24-dən itkin düşdüyü bildirilir.

Rəsmi qurumların mətbuat xidmətləri vurğulayırlar ki, qeyd olunan faktlar üzrə başlanmış cinayət işi üzrə R.Ağayev DTX orqanlarından xaric edilib, o və M.Əmirov şübhəli şəxs qismində saxlanıb.

İtkin düşdüyü bildirilən S.Abdullayevanın tapılmasından ötrü istintaq-əməliyyat tədbirlərinin davam etdirildiyi vurğulanır.

Bu açıqlamaya DTX-nin keçmiş əməkdaşı R.Ağayev və adı çəkilən digər şəxslərin münasibətini almaq mümkün olmayıb. Onların və ya vəkillərinin ittihamlara münasibəti bəlli deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG