Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:05

Gürcüstan Suriyayla əlaqələri kəsir


Siyasi karikatura
Siyasi karikatura

Gürcüstan Suriya ilə diplomatik münasibətləri kəsəcəyini bildirib. Səbəb Dəməşqin Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya regionlarının müstəqilliyini tanımasıdır.

Gürcüstanın xarici işlər naziri Mikheil Janelidze mayın 29-da tvitində yazıb ki, bu addım “...Rusiyanın manipulyasiya etdiyi Bashar al-Assad rejiminin beynəlxalq hüququ bir daha kobudcasına pozmasıdır və beynəlxalq ictimaiyyət bunu pisləməlidir”.

Gürcüstanın Xarici İşlər Nazirliyi bəyanatında bildirib ki, Dəməşqlə münasibətlərin kəsilməsi prosedurları başladılıb.

2008-ci ildə Tbilisidə Rusiya səfirliyi qarşısında etiraz aksiyaları
2008-ci ildə Tbilisidə Rusiya səfirliyi qarşısında etiraz aksiyaları

***

Suriyanın SANA dövlət xəbər agentliyi də Dəməşqin Abxaziya və Cənubi Osetiyanı tanımağa razılaşdığını bildirir. Bu addımla “onların Suriyaya terrorçu təcavüzünə qarşı tutduqları mövqenin dəyərləndirildiyi” vurğulanıb.

İndiyədək Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini Venesuela, Nikaraqua, Nauru Sakit Okean adası tanıyıb.

Abxaziya “prezidenti” Raul Khajimba-nın vebsaytında yerləşdirilmiş bəyanatda deyilir ki, Abxaziya, Suriya və Cənubi Osetiya “elçiləri” mayın 28-də Rusiyada görüşüblər, “müvafiq fikir mübadiləsi” aparıblar.

Raul Khajimba (solda) və Anatoly Bibilov
Raul Khajimba (solda) və Anatoly Bibilov

Məlumatda Abxaziya və Suriya rəsmilərinin “qarşılıqlı səfərlər” etdiyi, “sıx münasibətlərin qurulduğu” da vurğulanır.

***

Suriya Gürcüstanın separatçı bölgələri olan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. Bu haqda AzadlıqRadiosu-nun gürcü xidməti məlumat yayıb.

Qondarma Abxaziya respublikasının xarici işlər naziri Daur Kove Facebook sosial şəbəkəsində yazıb ki, Suriya separatçı qurumun müstəqilliyini tanıyıb.

Abxaziya “prezidenti”nin vebsaytında yerləşdirilmiş məlumatda deyilir ki, “mayın 29-da Abxaziya Respublikası və Suriya Ərəb Respublikası bir-birlərini tanıdıqlarını, səfirliklər səviyyəsində diplomatik münasibətlərin qurulduğunu” elan ediblər.

Bu gün Cənubi Osetiya separatçı rejiminin də müstəqilliyinin tanınması haqda informasiya yayılıb. Qondarma respublikanın xarici işlər nazirliyi Suriya ilə qarşılıqlı diplomatik münasibətlərin qurulması haqda kommunike yayıb.

Cənubi Osetiyanın “rəhbəri” Anatoly Bibilov bunu tarixi hadisə adlandırıb, Suriya prezidenti Bashar al-Assad-a şəxsən təşəkkür edib.

XATIRLATMA

2008-ci ilin beşgünlük avqust müharibəsindən sonra Tbilisi və Moskvanın diplomatik münasibətləri kəsilib. O zaman Gürcüstanın separatçı Cənubi Osetiya bölgəsində döyüş başlayınca Rusiya qüvvələri Gürcüstan ərazisinə girib.

Gürcüstan 2008-ci ilin avqustunda Avropa məhkəməsində iddia qaldırıb, bildirib ki, Rusiya və separatçı qüvvələr dinc sakinlərinə və onların Cənubi Osetiyadakı, eləcə də digər separatçı region olan Abxaziyadakı əmlakına hücum edib.

Rusiya bu iddiaları əsassız adlandırıb.

Moskva həmin müharibədən sonra Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlətlər kimi tanıyıb. Ancaq bütün dünya həmin bölgələri Gürcüstan ərazisi sayır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG