Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyun, çərşənbə, Bakı vaxtı 13:51

Belçikanın şərqində Liej şəhərində bir silahlı iki polis əməkdaşını və bir yoldan keçəni öldürüb.

Rəsmilər silahlının hadisə yerindən qaçdığını, daha sonra öldürüldüyünü deyirlər.

Şübhəli killer yaxınlıqdakı məktəbdə təmizlikçi qadını girov götürüb. RTBF dövlət televiziyası şübhəlinin güllələndiyini bildirir.

İnsidentdə iki polis əməkdaşının da yaralandığı bildirilir.

Hələlik, hücumun motivi bəlli deyil.

2016-cı ildə Brüssel aeroportunda və metroda intiharçılar 32 nəfəri öldürmüşdülər. Həmin hücumlara görə məsuliyyəti İslam dövləti ekstremist qruplaşması üzərinə götürmüşdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG