Keçid linkləri

Təcili xəbərlər
2018, 24 İyun, bazar, Bakı vaxtı 16:34

Türkiyədən yük gətirən Azərbaycan vətəndaşının üzərindən çoxlu sayda zərgərlik məmulatı aşkarlandığı bildirilir.

Bu barədə bu gün, mayın 29-da Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı məlumatda yazılır.

Məlumatda vurğulanır ki, Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan informasiya əsasında, Türkiyədən yük gətirən Azərbaycan vətəndaşının idarə etdiyi «Mercedes-Benz Actros» markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücünün üzərində şəxsi yoxlama aparılıb:

«Yoxlama zamanı vətəndaşın gödəkcəsinin ciblərində əvvəlcədən gömrük nəzarətinə bəyan olunmayan külli miqdarda zərgərlik məmulatı - 64 cüt sırğa, 55 bilərzik, 8 üzük, 34 sancaq, 2 ədəd sırğa, kulon, üzük dəsti, 62 kulon və 130 boyunbağı aşkar olunub».

Saxlanan şəxsin adı və malın dəyəri açıqlanmır. Onun ittihama münasibəti bəlli deyil.

Qeyd edilən əməl Azərbaycan qanunvericiliyinə görə, qaçaqmalçılıq sayılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG