Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Sentyabr, şənbə, Bakı vaxtı 08:52

Avro ucuzlaşır


İllüstrativ foto

Bu gün – mayın 29-da Asiya bazarlarında avro ucuzlaşıb. Səbəb İtaliyadakı siyasi qeyri-müəyyənliyin avrozona sarıdan əndişələri artırmasıdır.

Avropa Birliyinin ən böyük iqtisadiyyatlarından olan İtaliyada ötən həftəsonu siyasi böhran yaranıb. Prezident Sergio Mattarella avroskeptik namizədin iqtisadiyyat naziri təyin olunmasına veto qoyub.

İSTİQRAZLARIN GƏLİRLİLİK FAİZİ YÜKSƏLİR

Bu addım yeni baş nazirin istefası ilə sonuclanıb və bu da populist Beş Ulduz Hərəkatının və ifrat sağçı Liqanın hökumət formalaşdırmaq cəhdlərinin iflası deməkdir.

Sergio Mattarella
Sergio Mattarella

Matarella daha sonra qənaət islahatları tərəfdarı olan iqtisadçı Carlo Cottarelli-nin baş nazirliyə namizədiyini verib. O, vaxtilə Beynəlxalq Valyuta Fondunda çalışıb. Yeni seçki payıza planlaşdırılır.

Bu xaotik proseslər investorları təşvişə salıb, onlar növbəti seçkidə anti-AB partiyalarının daha yaxşı nəticə göstərə biləcəklərindən ehtiyatlanırlar.

National Australia Bank “Frans Pres” agentliyinə şərhində bildirir: “İtaliyada siyasi çaxnaşma avronun yaşam böhranı sarıdan qorxuları artırır”.

İtaliyanın 10-illik istiqrazları üzrə gəlirlilik faizi Almaniya istiqrazlarından 235 punkt yüksəlib. Bu, son dörd ildə ən yüksək həddir və investorlar arasında inamın azalmasının göstəricisidir.

Milan, Paris və Frankfurtda səhm bazarlarında düşüş yaşanıb. Avro dollara qarşı ucuzlaşıb. Avrozona isə Yunanıstanın borc böhranından bəri ən böyük dəyişikliyini yaşayır.

Mayın 29-da səhər tezdən Asiya bazarlarında avronun məzənnəsi düşməyə başlayıb, noyabrın əvvəlindəki 1,16 dollar həddindən də aşağı yuvarlanmaq təhlükəsiylə üzləşib.

İllüstrativ foto
İllüstrativ foto

HƏLƏ İSPANİYADA DA BÖHRAN GÖZLƏNTİSİ VAR

Bu arada avronun durumuna İspaniyada gözlənən böhran da təsirini göstərməkdədir. Baş nazir Mariano Rajoy-a etimad səsverməsi keçirilməlidir. Belə ki, onun partiyası qanunsuz pullardan faydalanmaqda suçlu bilinib.

Sidneydəki National Australia Bank-ın xarici valyutadəyişmə strategiyasının rəhbəri Ray Attrill-in fikrincə, İtaliyada yeni seçki ərəfəsi qeyri-müəyyənlik uzun müddətə yüksək həddə qala bilər.

Bu arada ticarətçilər neft qiymətlərinə də göz dikiblər. Səudiyyə Ərəbistanı və Rusiya hasilatı artıra biləcəklərinə eyham vurunca neftin qiyməti də düşməyə başlayıb.

Bütün bu bəyanatlar isə təchizat əndişələrinin artdığı bir dönəmdə verilir. Əsas neft hasilatçısı olan Venesuelada iqtisadi qeyri-müəyyənlikdir, İran yenidən ixrac sanksiyaları ilə üz-üzədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG