Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 14:27

Trump Kim-dən öncə Abe ilə görüşəcək


Donald Trump (sağda) və Shinzo Abe, arxiv fotosu

Ağ ev bildirir ki, prezident Donald Trump və Yaponiyanın baş naziri Shinzo Abe Trump-la Şimali Koreya liderinin “gözlənən görüşü” öncəsi bir araya gələcək.

Trump və Abe mayın 28-də danışıblar, “Şimali Koreyanın nüvə, kimyəvi, bioloji silahları və ballistik nüvə proqramlarından tam və əbədi əl çəkməsi”nə nail olmaq kimi ümumi niyyətlərini müzakirə ediblər. Bunu Ağ ev bildirib.

Bu arada Trump-ın Şimali Koreya lideri Kim Jong Un-la iyunun 12-nə planlaşdırılan görüşünə dair qarışıq informasiyalar gəlməkdədir. Trump ötən həftə sammitin olmayacağını dedi, bir gün sonra əksini bildirdi.

Ağ evin indi də görüş haqda “gözlənilən” ifadəsini işlətməsi onun baş tutacağına işarədir.

Trump mayın 27-də deyib ki, Birləşmiş Ştatların nümayəndə heyəti Şimali Koreyada hazırlıq işləri görür, daha bir heyətsə Sinqapurdadır.

Ötən il Şimali Koreya Yaponiya üzərindən bir neçə dəfə ballistik raket sınaqları keçirib. Tokio Pxenyana qarşı Cənubi Koreya və Çindən daha sərt mövqe tutur.

Günün bütün mövzuları

XS
SM
MD
LG