Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:59

Qazaxıstanda müstəqil xəbər saytı qapadılıb


Ratel.kz qapadılıb
Ratel.kz qapadılıb

Qazaxıstanda məhkəmə Ratel.kz xəbər saytının qapadılması haqda qərar çıxarıb. Media qurumları bunu hakimiyyətin müstəqil medianı qısnama kampaniyasının tərkib hissəsi sayırlar.

Almatıdakı Medeu rayon məhkəməsi mayın 28-də Ratel.kz saytını bir illiyə qapadıb və saytın qeydiyyatının ləğvi barədə qərar çıxarıb. Hakim Gulmira Beysenova Ratel.kz və Balborsyk.kz domenlərindən istifadəni də qadağan edib. Ratel.kz ikinci domendə də kontentini yayırdı.

Ratel-in baş redaktoru Marat Asipov və saytın digər əməkdaşlarına digər mediada Ratel.kz adıyla kontent yaymaq yasaqlanıb.

Asipov qərardan apelyasiya şikayəti veriləcəyini deyib.

SAYTLAR ƏSLİNDƏ NİYƏ QAPADILIB

Martın sonunda qaldırılmış məhkəmə iddiasında prokurorlar bu media orqanını yenidən qeydiyyat qaydalarını pozmaqda, yəni sahibi Gennady Benditsky-nin ölümündən sonra Ratel.kz domenindən istifadədə, onun hüquqlarını Balborsyk.kz-yə transfer etməkdə suçlayıb.

Marat Asipov
Marat Asipov

Ratel.kz-yə daha bir ittiham serverlərini qanunsuz olaraq Qazaxıstanda kənarda yerləşdirmək, rus, ingilis və qazax dillərində kontent dərc etməkdir, baxmayaraq ki, qeydiyyat zamanı nəşr dili ancaq rus dili göstərilib.

Bundan başqa, Ratel.kz və Balborsyk.kz jurnalistləri “bilərəkdən saxta informasiya yaymaq”da ittiham olunurlar Onlara bu ittihamı biznesmen, keçmiş maliyyə naziri Zeinulla Kakimzhanov irəli sürüb.

O iddia edirdi ki, bu media orqanları onun və oğlunun nüfuzunu zədələyən saxta informasiya dərc edib.

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) isə bildirir ki, Ratel.kz 2016-cı ilin mayından dekabrınadək Kakimzhanov-un biznesdə korrupsiyaya yol verdiyini xəbərləyib.

Human Rights Watch insan haqları təşkilatı isə apreldə yaydığı bəyanatda Ratel.kz və Forbes.kz vebsaytlarına qaldırılmış cinayət işlərinə toxunur, hakimiyyəti “öz işləri ilə məşğul olan jurnalistləri qısnamaq üçün” diffamasiya qanunlarından istifadəni dayandırmağa çağırırdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG