Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:51

Trump Şimali Koreyanın ‘parlaq’ iqtisadi gələcəyindən danışır


Kim Jong-un (solda) və Donald Trump
Kim Jong-un (solda) və Donald Trump

ABŞ prezidenti Donald Trump deyir ki, Şimali Koreyanın “parlaq potensial”ını görür. O, Birləşmiş Ştatlardan bir qrupun “sammit hazırlıqları” üçün Pxenyana getdiyini də təsdiqləyib.

Trump bu haqda mayın 27-də Twitter-də yazıb. O, Şimali Koreya lideri Kim Jong Un-la potensial sammit barədə nikbinliyini bir daha dilə gətirib. Cəmi bir neçə gün öncə prezident planlaşdırılan görüşü ertələmişdi.

“Şimali Koreyanın parlaq potensialına, bir gün böyük iqtisadi və maliyyə dövlətinə çevriləcəyinə həqiqətən inanıram. Kim Jong Un bu mövzuda mənimlə razıdır. Bu baş verəcək!” – Trump yazıb.

“Birləşmiş Ştatlardan komandamız Kim Jong Un-la sammitim üçün Şimali Koreyaya hazırlıqlar aparmağa gedib”, – Trump yazıb.

TARİX “DƏYİŞMƏYİB”

Bundan öncə də ABŞ Dövlət Departamenti bəyanat yayaraq “ABŞ nümayəndə heyətinin Şimali Koreya rəsmiləri ilə danışıqlar aparmasını”, bunun Panmunjom sərhəd kəndində baş verdiyini təsdiqləyib.

Siyasi karikatura
Siyasi karikatura

Medianın yazmasına görə, nümayəndə heyətinə Birləşmiş Ştatların Cənubi Koreyadakı səfiri Sung Kim rəhbərlik edir.

Bir gün öncə Trump iyunun 12-də Sinqapurda keçirilməsi planlaşdırılan sammitə hazırlıqların davam etdiyini bildirmişdi.

Bir neçə gün əvvəlsə ABŞ lideri Kim-ə göndərdiyi məktubda görüşü təxirə saldığını yazırdı.

Trump mayın 26-da Ağ evdə dedi ki, tarix “dəyişməyib”.

Cənubi Koreya prezidenti Moon Jae-in mayın 26-da Kim-lə qəfil sammit keçirdi və onlar ABŞ-Şimali Koreya sammitinin keçirilməsinin vacibliyi haqda razılığa gəldilər.

ABŞ rəsmiləri Şimali Koreyanın nüvə silahları proqramının tamamilə dayandırlmasını tələb edirlər. Pxenyan isə birtərəfli tərksilahı rədd edir.

Şimali Koreya bildirib ki, Vaşinqtonda Cənubdakı hərbçilərini çıxararsa, müttəfiqləri Cənubi Koreya və Yaponiyaya nüvə təminatına son verərsə, nüvə silahlarından əl çəkməyi nəzərdən keçirə bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG