Keçid linkləri

Təcili xəbərlər
2018, 25 İyun, Bazar ertəsi, Bakı vaxtı 21:13

Dövlət başçısı 'İstiqlal abidəsi'ni ziyarət edib


İ.Əliyev «İstiqlal abidəsi» önündə

Prezident İlham Əliyev 28 May - Respublika Günü münasibətilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni ziyarət edib.

Xəbəri prezidentin rəsmi saytı yayıb.

Abidənin ətrafında fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısı abidənin önünə əklil qoyub.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Mayın 28-də Cümhuriyyətin elan olunmasının 100 yaşı tamam olur.

«İstiqlal bəyannaməsi» abidəsi 2007-ci il mayın 25-də Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılıb. Qranitdən və ağ mərmərdən yonulmuş, abidə üzərinə 1918-ci il mayın 28-də Tbilisidə qəbul olunmuş «İstiqlal Bəyannaməsi»nin həm əski, həm də latın əlifbası ilə mətni həkk olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG