Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 03:04

'Təhlükəsizlik yastığı'na güvənən Azərbaycan xarici borcları artırır - Media icmalı


Dollar

Mayın 28-də yerli KİV-lər ölkədə sahibkarlığın inkişafı, kredit bürolarının gərəksizliyi, xarici borcun artması haqda yazırlar.

Artan dövlət borcu

«Azərbaycan dövlət borcunu artırır?». «Exo» qəzeti bu suala iqtisadçı-ekspert Natiq Cəfərli ilə cavab axtarır.

Ekspert hökumətin kreditlər götürməklə layihələr icra etməsində mənfi heç nə olmadığını söyləsə də, digər tərəfdən də dövlət borcunun artmasının narahatlıq yaratdığını da vurğulayır. O, əslində, Azərbaycanın xarici kreditorlar önündə öhdəliklərini yerinə yetirmək məqsədilə başqa yolu olmadığını bildirir:

«Buna əsas sponsoru Azərbaycan olan «Cənub qaz dəhlizi» nümunəsində baxmaq olar. CQD Azərbaycan qazının Türkiyə üzərindən Avropaya nəqli üçün boru kəmər infrastrukturu yaradılmasını nəzərdə tutan çoxmilyardlı layihə deməkdir».

Ekspertin qənaətincə, ən azı 2020-ci ilə kimi Azərbaycan bu layihəni maliyyə baxımından dəstəkləməlidir. N.Cəfərli Azərbaycan qazının Avropaya 2020-ci ildən 10 milyard kubmetr olmaqla nəql ediləcəyini, layihənin ümumi dəyərinin isə 41.5 milyard dollar olduğunu xatırladır:

«CQD işə salındıqdan sonra əldə edilmiş gəlirlərin bir hissəsi borcların bağlanmasına xərclənəcək, yəni, ilk illər bu layihədən büdcəyə irihəcmli pullar daxil olmayacaq. Bundan əlavə, bəzi layihələr də maliyyələşməyə ehtiyac duyurlar. Odur ki, kreditləşdirmə artacaq, gələcəkdə isə xarici kreditin artması ölkə iqtisadiyyatına böyük problemlər yarada bilər».

«Exo» yazır ki, 2018-ci ildə isə Azərbaycan müstəqillik əldə etdiyi dövrdə ilk dəfə olaraq büdcə vəsaitlərinin 10%-ni xarici borcun bağlanmasına yönəldəcək.

N.Cəfərli bildirir ki, hökumət bu məqsədlə əlavə kreditlər götürmək niyyətindədir və ölkə hələlik maliyyə öhdəliyini yerinə yetirmək gücündə olduğundan ona kredit ayırmaqda tərəddüd etmirlər. O, Azərbaycanda həcmi 40 milyard dollardan çox olan Neft Fondu kimi «təhlükəsizlik yastığı» olduğunu yada salır.

Amma iqtisadçı hesab edir ki, ölkədə dövlət borcu düzgün müəyyən edilmir, o, cəmi 4 il öncə xarici borcun ÜDM-nin cəmi 8%-nə bərabər olduğu halda, indi bu rəqəmin 22% təşkil etdiyini vurğulayır.

Adamlar kredit borcunu niyə ödəmirlər? (Sorğu)
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

Mahiyyəti sıfıra bərabər olan Kredit Bürosu layihəsi

«Novoye Vremya» qəzeti kredit büroları mövzusuna toxunur: «Yeni alətlər - köhnə təcrübə: Kredit büroları da banklara etimadı yüksəldə bilmirlər».

Qəzet yazır ki, iki il öncə barəsində qanun qüvvəyə minən ilk kredit bürosunun yaradılması ilə bağlı PR aparılsa da, bu strukturun məqsədəuyğun olub-olmadığı indiyə kimi aydın deyil:

«Bununla belə, lap başından «Azərbaycan Kredit Bürosu» ASC bank sisteminin xilası kimi dəyərləndirilir və ondan müsbət gözləntilər olması gizlədilmirdi».

Qəzetə danışan bank məsələləri üzrə ekspert Əkrəm Həsənov isə kredit büroları barədə fərqli düşüncədədir:

«Mən lap başından bu kredit bürolarının yaradılmasının əleyhinə idim, çünki 2005-ci ildən Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) qüvvədədir. Bu qurumun isə əhatə etmədiyi hər hansı cəhət yoxdur. İstər kredit bürosu, istər MKP bank və qeyri-bank təşkilatlarından məcburi şəkildə informasiyalar ala bilərlər, qalanları isə (ticarət şəbəkəsi, lombard biznesi, lizinq şirkətləri) informasiya verib-verməməkdə sərbəstdirlər».

Ekspert bürolarla MKR-in səlahiyyətlərinin bir-birini təkrarladığını söyləyir və odur ki, adıçəkilən qurumun fəaliyyətində müsbət heç nə gözləmir.

Qəzet xatırladır ki, əvvəl «Creditinfo-Azərbaycan» 4.6 milyon manat nizamnamə kapitalı ilə işə başlamalı idi, bütün kapitalın 51%-i İslandiya tərəfinə, 49% isə 19 Azərbaycan bankına, qeyri-bank təşkilatına aid idi. Amma keçən il Vergilər Nazirliyi «Creditinfo»nu qeydiyyata almaqdan imtina edib, rəsmi imtinaya səbəb kimi sənədlərin qaydasında olmaması göstərilib.

Məqalədə o da vurğulanır ki, Maliyyə Bazarlarına Nəzarət Palatası İslandiya şirkətinin bazarda 51% paya malik olmasını «arzu olunan hal» saymır. Ancaq təsisçilər İslandiya şirkətinin gedişini «izah» etməli olsalar da, indiyə kimi ona heç nə söylənilmədiyi bildirilir.

Sonda «Novoye Vremya» yaxın vaxtlarda kredit bürosunun işində yenilik olmayacağını və müsbət addım atılacağına ümid bəsləmədiyini qeyd edir.

Biznes
Biznes

Sahibkarlığın yeni mərhələsi

«Azərbaycan» qəzeti «Sahibkarlığın inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoyur» başlıqlı məqalədə sahibkarlar təbəqəsinin formalaşdırılmasından bəhs edir.

«Azərbaycan biznes mühitinin əlverişliliyi, sahibkarların rahat işləməsi üçün ən çox islahatlar aparan ölkələrdən biridir», - qəzet yazır və qeyd edir ki, son illər regionların sosial-iqtisadi problemlərinin həllində daha çox özəl sektora üstünlük verilir, 2003-2017-ci illərdə ölkədə 1.4 milyonu daimi olmaqla 1.9 milyon yeni iş yerlərinin açılmasında özəl sektorun öz yeri var.

Yazıda bu siyasət nəticəsində əhalinin sahibkarlıq fəaliyyətindən gəlirlərinin 10.4 dəfə artdığı bildirilir.

Eyni zamanda, 2003-2017-ci illərdə sahibkarlıq subyektlərinin sayının 4.2, hüquqi şəxslərin sayının 1.9, kiçik müəssisələrin sayının 2, fərdi sahibkarların sayının 5 dəfə artdığı da deyilir.

Qəzet yazır ki, bəhs olunan dövrdə 34 min 535 sahibkara 2.1 milyard manat güzəştli kredit verilib, bu vəsait hesabına 154 minə yaxın yeni iş yeri yaradılıb. Bunun nəticəsində də son 15 ildə yoxsulluğun 50 faizdən 5.4 faizə endiyi və ya 10 dəfə azaldığı bildirilir.

«Azərbaycan»ın yazdığına görə, 2018-ci ilin üç ayının yekunlarına görə də, ölkə iqtisadiyyatı 2.3 faiz, qeyri-neft sənayesi 10, kənd təsərrüfatı 4.2, xarici ticarət dövriyyəsi 31, ümumi ixrac 24, qeyri-neft ixracı 37 faiz artıb.

Qəzet sonda qeyd edir ki, dayanıqlı iqtisadi inkişafa nail olan Azərbaycanın qeyri-neft sənayesi və kənd təsərrüfatı sahələrində əldə etdiyi bu artım sahibkarlara biznes fəaliyyətini daha da genişləndirməyə əlavə stimul yaradır.

Günün bütün mövzuları

XS
SM
MD
LG